Modern.az

2013-ün rekord dövlət büdcəsi - 22 milyard manat

2013-ün rekord dövlət büdcəsi - 22 milyard manat

Ölkə

12 Oktyabr 2012, 13:34

Azərbaycanın növbəti il üçün dövlət büdcəsi məlum oldu. Modern.az-ın məlumatına görə, gələn ilin və növbəti üç il üçün dövlət büdcəsi 20-22 milyard manat civarında olacaq. Bunu oktyabrın 10-da Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2012-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclas zamanı ölkə başçısı deyib. O, qeyd edib ki, gələn ilin büdcəsi artıq formalaşıb, təqdim edilib. Prezidentin sözlərinə görə, növbəti ilin büdcəsi bu ilin büdcəsindən daha da böyük olacaq. Büdcə xərcləri təxminən 20 milyard manat səviyyəsində gözlənilir və bu, kifayət qədər böyük məbləğdir. İcmal büdcə ondan da böyük olacaq. Prezident onu da qeyd edib ki, icmal büdcə 30 milyard dollardan da böyük ola bilər.

“Yəni bu böyük rəqəmdir və bu rəqəm, əlbəttə ki, bizim gücümüzü, eyni zamanda, ölkə qarşısında duran problemlərin həllinin bizim üçün nə qədər vacib olduğunu göstərir. Biz bu vəsaitdən maksimum səmərə ilə istifadə etməliyik. İldən-ilə artan dövlət büdcəmiz, əlbəttə ki, mövcud problemlərin həlli üçün də çox vacibdir. Amma eyni zamanda, bu, böyük məsuliyyətdir. Elə etməliyik ki, bu məsələ ilə bağlı bütün hədəflər nəzərə alınsın. Xüsusilə İnvestisiya Proqramı tərtib edilsin. Başqa yerlərdən fərqli olaraq biz Dövlət İnvestisiya Proqramını yəqin ki, bu ilin sonunda qəbul etməliyik. Çünki adətən hər ilin əvvəlində Dövlət İnvestisiya Proqramını qəbul edirik, təxminən yanvar ayında, ondan sonra vaxt keçir, razılaşmalar aparılır. Təxminən fevralın sonuna yaxın artıq investisiyalar verilməyə başlayır. Yəni vaxt itirməmək üçün biz Dövlət İnvestisiya Proqramını bu ilin sonuna qədər qəbul etməliyik”, – deyə prezident bildirib.

Qeyd edək ki, 2012-ci ilin dövlət büdcəsinin gəlirləri 16,44 mlrd. manat, xərcləri isə 16,98 mlrd manat olub.  
2011-ci il dövlət büdcəsinin gəlirləri isə 15,55 mlrd. manat, xərcləri 15,94 mlrd. manat təşkil edib.

Gültəkin Ələsgər  

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü