Modern.az

Bakıya yenə qar yağacaq

Bakıya yenə qar yağacaq

11 Fevral 2010, 12:18

Yaxın 3 gündə Bakıda və Abşeron yarımadasında yenidən qar yağacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, bu gün Bakıda və Abşeron yarımadasında havanın buludlu olacağı, arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gündüz 2-4° isti, axşam 0°-yə yaxın olacaq.

Fevralın 12-də hava arabir yağıntılı olacaq. Qar yağacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-2° şaxta, gündüz 1-3° isti olacaq.

Fevralın 13-də qar yağacağı gözlənilir. Gündüz tədricən kəsiləcək. Şimal-şərq küləyi əsəcək, günün ikinci yarısında cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 1° şaxtadan 1°-dək isti, gündüz 3-5° isti olacaq.

Fevralın 14-də də buludlu hava şəraiti üstünlük təşkil edəcək. Səhər yarımadanın bəzi yerlərində çiskinli, yağıntılı olacağı ehtimalı var. Cənub küləyi əsəcək. Havanın temperaturu gecə 0-2° isti, gündüz 4-6° isti olacaq.

Azərbaycanın rayonlarında fevralın 12-də arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı şərq rayonlarında intensiv olacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 0-4° şaxta, gündüz 1-5° isti, dağlarda gecə 7-12° şaxta, gündüz 0-3° şaxta olacaq.

Fevralın 13-14-də hava arabir yağıntılı olacaq, bəzi yerlərdə sulu qar, qar yağacaq. Ayın 13-də gecə ayrı-ayrı şərq rayonlarında intensiv olacağı ehtimalı var. 13-də gündüz qərb rayonlarında, 14-də gündüz şərq rayonlarında tədricən kəsiləcək. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 0-4° şaxta, gündüz 3-7° isti, dağlarda gecə 8-13° şaxta, gündüz 0-3° şaxta olacaq. Bəzi ərazilərdə yolların buz bağlayacağı gözlənilir.
 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi