Arxiv
11 Fervral 2010, 13:56 | ÖLKƏ
Azərbaycanda canavarların sayı 6 min baş artıb

Son illər Azərbaycanın bir sıra rayonlarında canavar sürülərinin insanlara və ev heyvanlarına hücumu baş verir. Belə hallar xüsusilə Xaçmaz, Sabirabad, Zaqatala, Göyçay, Balakən, Ağdam, Qazax rayonlarının ərazisində dəfələrlə qeydə alınıb. Ovçular bunu ölkə ərazisində canavarların sayının kəskin artması ilə əlaqələndirirlər. Modern.az-ın araşdırması nəticəsində məlum olub ki, doğrudan da son bir neçə ildə Azərbaycanda canavarların sayı ağlagəlməz rəqəmə çatıb.

Əvvəllər canavarların sayı təhlükəli hal alanda Respublika Ovçular Cəmiyyəti müqavilə əsasında kəndlərdə nəzarət postları yaradır və canavarları ovlayaraq problemi yoluna qoyurdular. Bununla yanaşı, yerli sakinlərin özləri də ov tüfəngləri ilə canavarları vura bilirdilər. Ancaq Azərbaycan Respublikası Avropanın Vəhşi Təbiətinin və Ətraf Mühitin Mühafizəsi üzrə «Bern» Konvensiyasına qoşulandan sonra ölkəmizdə canavar ovuna qadağa qoyulub. Bu konvensiyaya görə, Avropada mühafizə edilən heyvanların siyahısında canavarın da adı salınıb.   Dövlət Statistika Komitəsindən Modern.az-a verilən məlumata görə, 2001-ci ildə Azərbaycanda canavarların sayı təxminən 988 baş olub. Onların ovuna qoyulan qadağadan sonra bu rəqəm çox sürətlə artıb. Belə ki, 2005-ci ildə ölkəmizin ərazisində canavarlar 13 min başa çatıb. Dövlət Statistika Komitəsinin ötən ilin yekunları ilə bağlı məlumatına görə, indi Azərbaycan ərazisində yaşayan canavarların sayı təxminən 15 min baş həddindədir. Göründüyü kimi, son 9 il ərzində Azərbaycanda canavarlar 6 min başadək arta bilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyində hesab edirlər ki, Azərbaycan Avropanın bir hissəsi olduğundan “Bern» Konvensiyasının qadağasına riayət etməlidir. Yəni canavar ovu qadağası qüvvədə qalmalıdır. Respublika Ovçular Cəmiyyətinin üzvləri isə canavarların vəhşi təbiətdə getdikcə çoxalmasını heç də yaxşı hal saymırlar. Ovçular deyirlər ki, Avropanın əksər ölkələrində canavar yoxdur. Ona görə də orada yırtıcıların ovu qadağan edilib. Azərbaycanda isə əksinə canavarlar çoxdur, bu səbəbdən yalquzaq ovuna icazə verilməlidir.

Yada salaq ki, keçmiş sovetlər dövründə yırtıcıları məhv edən şəxslər dövlət tərəfindən mükafatlandırılırdı. Məsələn, bir canavarın öldürülməsinə görə 100 rubl mükafat verilirdi. İndi isə əksinə, icazəsiz canavar ovlayanlar cərimə oluna bilərlər. Azərbaycanın faunasında 18 yırtıçı məməli növü mövcuddur. Bunlar yenot, pələng, canavar, çaqqal, tülkü, qayalıq dələsi, gəlincik, porsuq, samur, vaşaq, ayı, meşə pişiyi, meşə dələsi, safsar, kaftar, çöl və qamışlıq pişiyi, manul, bəbirdir. Adəm Qorxmaz

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Goranboyda saz havası ilə ağac əkdilər - FOTOLAR 6 Dekabr 2019, 14:17 Məşhur yazıçı bu dəfə buzlaqlar ölkəsində - Rövşən Abdullaoğlu Antarktidada 6 Dekabr 2019, 14:04 Sarkisyanın pasportunu əlindən aldılar - Rusiyaya gedə bilmədi 6 Dekabr 2019, 13:56 Onlar Milli Məclisin adının dəyişdirilməsi təklifini süngü ilə QARŞILADILAR 6 Dekabr 2019, 13:49 Siyavuş Novruzov müxalifəti ağacəkməyə dəvət etdi 6 Dekabr 2019, 13:42 Naxçıvan Ali Məclisi də buraxılacaq? 6 Dekabr 2019, 13:35 Mikayıl Cabbarov erməni nazir müavinini susdurdu - VİDEO  6 Dekabr 2019, 13:27 “Qarabağ azərbaycanlıları danışıqlarda tərəf olub” - Paşinyanın növbəti diplomatik MƏĞLUBİYYƏTİ 6 Dekabr 2019, 13:22 Hacıqabulda ağacəkmə aksiyası keçirilib - FOTO 6 Dekabr 2019, 13:17 Sabahın hava PROQNOZU açıqlandı 6 Dekabr 2019, 13:15 Cümşüd Nuriyev yenə qadınlardan danışdı - VİDEO 6 Dekabr 2019, 13:01 YAP-ın gənclər təşkilatının sədri seçici görüşünə helikopterlə gəldi - FOTO 6 Dekabr 2019, 13:01 Onları necə təqdim edək - deputat, yoxsa sabiq deputat? 6 Dekabr 2019, 12:56 AQTA daha bir qəssabxananı yoxladı - 227 kq ət məhv edildi 6 Dekabr 2019, 12:56 Prezident və birinci xanım Şamaxıda ağacəkmə aksiyasında... - FOTOLAR 6 Dekabr 2019, 12:46 Ali Hərbi Məktəbin kursantları çöl çıxışlarına başlayıb - VİDEO 6 Dekabr 2019, 12:39 Bakıda bayram yarmarkaları təşkil ediləcək 6 Dekabr 2019, 12:35 İlham Əliyev və Birinci vitse-prezident Şahxəndan türbəsi ilə tanış olublar 6 Dekabr 2019, 12:28 “Xalqın etimadını qazanmaq lazımdır” - Naqif Həmzəyev 6 Dekabr 2019, 12:22 Bahar Muradova YAP-ın növbədənkənar seçkidəki namizədlərindən DANIŞDI 6 Dekabr 2019, 12:22 Nazirlik övladlığagötürmə qaydalarını müzakirəyə çıxardı 6 Dekabr 2019, 12:14 Alman polisinin saxladığı Əlövsət Əliyevdən XƏBƏR VAR 6 Dekabr 2019, 12:13 Baş nazirin müavini: “Azərbaycanda hər bir vətəndaş üçün daha layiqli şərait yaradılır” 6 Dekabr 2019, 12:06 Tramp İrana qarşı 12 min hərbçi göndərir? - AÇIQLAMA 6 Dekabr 2019, 12:04 Serj Sarkisyan məhkəməyə müraciət etdi 6 Dekabr 2019, 11:56 Ölkə vətəndaşları Mehriban Əliyevanın təşəbbüsünə qoşulublar - FOTOLAR 6 Dekabr 2019, 11:50 Argentina səfiri: AZƏRTAC-ın ispan dilində xəbər yayması təqdirəlayiqdir - FOTO 6 Dekabr 2019, 11:42 Əli Əhmədov: “YAP parlamentdəki çoxluğunu qoruyub saxlamaq istəyir” 6 Dekabr 2019, 11:35 MSK növbədənkənar parlament seçkiləri ilə əlaqədar iclas ÇAĞIRDI 6 Dekabr 2019, 11:23 Azərbaycan polisləri də ağac əkdi - FOTO 6 Dekabr 2019, 11:17 Polis 12 şübhəlini saxladı 6 Dekabr 2019, 11:08 Vilayət Eyvazov Dövlət Yol Polisi barədə göstəriş verdi 6 Dekabr 2019, 10:55 Vahid Mustafayevdən ETİRAZ: “Niyə məhz 102 FM-in tezliyi satışa çıxarılıb?” 6 Dekabr 2019, 10:47 Mikayıl Cabbarov: “TRACECA-nın cəlbediciliyini artıra bilərik 6 Dekabr 2019, 10:40 Əli Məsimli növbədənkənar seçkilərə gedəcək?.. 6 Dekabr 2019, 10:33
SORĞU Azərbaycan TV-lərində bu verilişlərdən ən çox hansına baxırsınız?