Modern.az

“5 əkizdən yalnız 1-i sağ qalıb” - Azərbaycanda evsiz qalmış gənc ana

“5 əkizdən yalnız 1-i sağ qalıb” - Azərbaycanda evsiz qalmış gənc ana

Ölkə

16 Oktyabr 2012, 09:25

Bu il iyulun 14-də Azərbaycan tarixində ilk dəfə 5 əkiz (beşəm) körpə dünyaya gəlsə də, onlardan 4-ü ölmüşdü. Beşəmlərdən yalnız 960 qram çəkidə olan oğlan uşağı sağ qalmışdı. Körpə oktyabr ayına qədər Bakıda uşaq xəstəxanasında müalicə olunurdu.

Körpənin anası Nuranə Əliyevanın Modern.az-a verdiyi məlumata görə, artıq uşağı Zaqatalaya aparıblar: “Hazırda uşağın vəziyyəti yaxşıdır. Adı Seyid Əfəndidir”.

N.Əliyeva qeyd edib ki, may ayında bölgədə baş verən zəlzələ nəticəsində onların evləri dağılıb və hələ də yaşamağa yerləri yoxdur. “Özümüz üçün həyətdə taxtadan ev düzəltmişik. Hələ ki burada qalırıq”. 

Sevinc İltifatqızı

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı