Modern.az

Gülər Əhmədova işə çıxdı, "Mərkəz"də iclas keçirdi - YENİLƏNİB

Gülər Əhmədova işə çıxdı, "Mərkəz"də iclas keçirdi - YENİLƏNİB

Ölkə

16 Oktyabr 2012, 16:44

Sabiq deputat, son günlər məlum videoqalmaqala görə adı gündəmdən düşməyən Gülər Əhmədova bu gün işə çıxıb.

Modern.az
saytının məlumatına görə, G.Əhmədova baş redaktoru olduğu “Mərkəz” qəzetinin redaksiyasında işçiləri toplayaraq iclas keçirib, əməkdaşlarına tapşırıqlarını verib. Bu, sıradan bir toplantı olub və G.Əhmədova “Mərkəz”in kollektivinə olanlara əhəmiyyət verməməyi, öz işlərini davam etdirməyi tövsiyyə edib.

Qeyd edək ki, 34 saylı Xətai 2-ci seçki dairəsindən deputat seçilmiş G.Əhmədova məlum videoqalmaqalı ilə bağlı mandatdan imtina etməsi üçün Milli Məclisə müraciət etmişdi. MSK onun müraciətinə baxaraq deputatı mandatdan məhrum edib.

Respublika Prokurorluğu videomaterialın araşdırılması üçün Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) maddəsi ilə cinayət işi başlayıb.

Gülər Əhmədova həm də Respublika Uşaq Təşkilatının sədridir. Modern.az saytının bu gün təşkilatın yerləşdiyi Hökumət evinin binasında olan əməkdaşları G.Əhmədovanın iş yerinə gəlib-getdiyini müşahidə ediblər. O, kifayət qədər sakit təsir bağışlayıb.
Sabiq deputat iş yerinə özünün "Kia" markalı xarici avtomobili ilə gəlib.



Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir