Modern.az

Moskvada ittifaq yaradan azərbaycanlı oliqarxlar BƏYANAT verdilər - YENİLƏNİB

Moskvada ittifaq yaradan azərbaycanlı oliqarxlar BƏYANAT verdilər - YENİLƏNİB

Ölkə

18 Oktyabr 2012, 19:06

"Rusiya reallığında yeni formatın yaradılması tələb olunur"

Rusiyada yaşayan azərbaycanlıların yeni qurumu - Ümumrusiya Azərbaycan Təşkilatları İttifaqı (ÜATİ) oktyabrın 18-də bəyanat verib. Bu barədə Modern.az saytına yeni yaradılan ittifaqdan məlumat verilib. Məşhur simaların imzaladığı bəyanatda qeyd olunub ki, Rusiya reallığında diaspor fəaliyyətinin gücləndirilməsi üçün yeni formata ehtiyac var.

Bəyanatda deyilir:

- Əziz soydaşlar.
Millətləraarsı münasibətlərdə çağdaş Rusiya reallığı vətəndaş cəmiyyətlərindən dövlət orqanları arasında fəaliyyətin yeni formatının yaradılmasını tələb edir. Azərbayacn diasporu Rusiyanın iqtisadi və ictimai həyatında rol oynayan çoxsaylı diasporlardan biridir. Rusiyada yaşayan azərbaycanlıların sayının çoxalması ilə onların təşkilatlarının sayının artması da müşahidə olunur.

Bu təşkilatlar Rusiyanın ictimai-siyasi həyatına fəal inteqrasiya etmək istəyirlər. Amma ciddi inzibati resurslara malik olmayan bu təşkilatların fəaliyyəti pərakəndə halda təşkil edilən tədbirlərin ortaya çıxması ilə nəticələnir. Bu da soydaşalrımızın çoxlu sayda problemlərinin həll edilməməsi ilə müşayiət olunur.

Diaspor təşkilatlarının maliyyə vəziyyətinin səviyyəsi onların büdcə sistemlərinin olmaması, sponsor ianələrinin pərakəndəliyi, icra strukturları tərəfindən resurslarla dəstəyin tam və kifayət qədər olmaması ilə bağlıdır.

Bu qurumlar kifayət qədər informasiyalı deyillər və zəif hüquqi dəstəyə malikdirlər. Bütün bunlar həmin təşkilatların keyfiyyətli işinə mənfi təsir göstərir. Onların fəaliyyətində koordinasiyanın olmaması diaspor arasında pərakəndəliyə gətirib çıxarır, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin azərbaycançılıq ideyasının tam reallaşmasına əngəl törədir. 

Bu gün Azərbaycan təşkilatlarının qarşısında pərakəndəlikdən çıxaraq effektiv qarşılıqlı fəaliyyət göstərmək məqsədi durur. Məhz bu məsələlərin həll olunması Ümumrusiya Azərbaycan  Təşkilatları İttifaqının yaradılmasını zəruri edib. 

Bu qurum  Rusiyada yaşayan azərbaycanlıların sosial-iqtisadi və hüquqi statusunu möhkəmləndirən birgə fəaliyyətin, prioritet layihələrin və proqramların koordinasiya edilməsi üçün ictimai təşkilatların təşəbbüsü ilə yaradılıb.

İttifaqın fəaliyyət prinsipləri bunlarıdr: könüllü üzvlük, tam muxtariyyət və müstəqilliyin saxlanması, bütün üzv və tərəfdaşların hüquqi formasından, statusundan və sayından asılı olmayaraq bərabərliyi, İttifaqa daxil olan birliklərin bir-birinə daxili işlərinə müdaxilə etməmələri. 

İttifaq təşkilatların maraqlarına zərbə vurmadan və müstəqil fəaliyyətinə əngəl törətmədən onlara  münbit şərait yaratmaq, regionlarda onların nüfuzunun güclənməsinə çalışmaq və federal orqanlar qarşısında maraqlarını layiqli şəkildə təmsil etmək niyyətindədir.

Yeni yaradılmış ittifaqın əsas prinsipi Rusiyadakı Azərbaycan təşkilatlarının alternativi olmaq deyil. İttifaq bugün üçün yeganə birlikdir ki, məqsədi üzv təşkilatların fəaliyyətinin koordinasiya olunmasıdır.

Biz istəyirik ki, çağdaş Rusiya reallığında ənənəvi strukturlarla yanaşı, uzunmüddətli perspektiv və məna ilə süslənmiş yeni formatda bir təşkilat da olsun. Biz informasiya mübadiləsi etmək, öz ideyalarımızı cəmiyyətə çatdırmaq, müttəfiq və tərəfdarlarımızı tapmaq, dövlət orqanlarından dəstək almaq niyyətindəyik. İttitfaqın əsas məqsədlərindən biri mövcud olan diaspor  təşkilatlarının fəaliyyətinin konstruktiv xarakter almasına və işgüzarlığına nail olmaqdır.

Ümumrusuya Azərbaycan Təşkilatları İttifaqı həmfikirlərin birliyi, Rusiya və Azərbaycan vətənpərvərlərinin ittifaqıdır.

İttifaqa istənilən ictimai, qeyri-kommersiya qurumu daxil ola bilər. Biz bütün təşkilatlar üçün açığıq.

İttifaq necə olacaq - bu bizim hər birimizdən asılıdır. Biz bütün gücümüzü qoyacağıq ki, Azərbayacn diasporu rus beynəlmiləl ənənələrinin, dinlərarası tolerantllığın və xalqlar dostluğnun layiqli varisi olsun. Biz Rusiyanın iqtisadi və mədəni gücünün möhkəmlənməsi üçün öz töhfələrimizi verəcəyik. Eyni zamanda, biz Rusiyanın doğma vətənimiz Azərbaycanla strateji münasibərlərinin inkişafında maraqlıyıq. Biz iki ölkə arasında əməkdaşlıq və dostluğun möhkəmlənməsi naminə Rusiya prezidenti Vladimir Putin və Azərbayacan prezidenti İlham Əliyevin rəhbərliyilə ikitərəfli siyasi münasibətlərin reallaşması üçün səylərimizi ortaya qoymağa hazırıq. 

Biz ideyamıza dəstək verən diaspor nümayəndələrinə minnətdarıq. Müracitiun məqsədi sizin simanızda hər bir azərbaycanlıdan dəstək almaqdır. Yalnız həmrəylik nümayiş etdirməklə biz güclü və nüfuzlu təşkilaltın yaradılmasına nail ola bilərik.
Gücümüz-birlikdədir.

***

Xatırladaq ki, sentyabrın 28-də ittifaqın Koordinasiya Şurasının ilk toplantısı keçirilib və ÜATİ adından Rusiyada fəaliyyət göstərən azərbaycanlıların bütün diaspor təşkilatlarına müraciət göndərilib, onlar yeni qurumda birləşməyə çağırılıb.
Ümumrusiya Azərbaycan Təşkilatları İttifaqının Koordinasiya Şurasının üzvləri çox tanınmış simalardır. Bura Azərbaycan baş nazirinin keçmiş 1-ci müavini Abbas Abbasov, Azərbaycanlıların Milli-Mədəni Muxtariyyatının (“Azerros”) prezidenti Söyün Sadıxov, Rusiya Notarial Kontorlar Gildiyasının prezidenti Natiq Agamirov, tanınmış kinodramaturq Rüstəm İbrahimbəyov, iş adamları İsgəndər Xəlilov, Vahid Ələkbərov, Araz Ağalarov, Telman İsmayılov və başqaları daxildir.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü