Modern.az

2013-cü ildə sovet əmanətlərinin qaytarılması üçün 500 milyon manat ayrılıb

2013-cü ildə sovet əmanətlərinin qaytarılması üçün 500 milyon manat ayrılıb

Ölkə

19 Oktyabr 2012, 11:52

Azərbaycan vətəndaşlarının sovet banklarında qalmış əmanətlərinin qaytarılması üçün 2013-cü ilin dövlət büdcəsində 500 milyon manat nəzərdə tutulub. Bu barədə Modern.az-a Nazirlər Kabinetindən bildirilib. Bu məbləğ gələn ildən əmanətlərini almaq üçün müraciət etmiş vətəndaşlara ödəniləcək.

Qeyd edək ki, Azərbaycan prezidentinin 14 mart 2012-ci il tarixli fərmanına uyğun olaraq, əhalinin sovet banklarında qalan əmanətlərinin qaytarılmasına 2012-ci il iyunun 1-dən başlanılıb. Bu məqsədlə 2012-ci ilin dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə ilkin olaraq 300 milyon manat məbləğində vəsait ayrılıb.
Əmanətlərin qaytarılmasının son müddəti 2013-cü ilin dekabrında bitir.


Modern.az 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır