Modern.az

Elçibəyin qəbrinin açılması üçün hazırlıq işləri aparılır

Elçibəyin qəbrinin açılması üçün hazırlıq işləri aparılır

Ölkə

19 Oktyabr 2012, 16:52

Azərbaycanın keçmiş prezidenti Əbülfəz Elçibəyin zəhərlənməsi üzrə açılmış cinayət işində şok məlumatlar ortaya çıxıb. Modern.az saytına hüquq-mühafizə orqanlarındakı mənbənin verdiyi məlumata görə, istintaq qrupu mərhum eks-prezidentin qəbrinin açılması ilə bağlı hazırlıq işləri aparır. 

“Cinayət işi ilə bağlı dindirilənlərin ifadələrinin yekun nəticəsi olaraq mərhum Elçibəyin qəbrinin açılması ilə bağlı iklin müzakirələr aparılıb”-deyə mənbə bildirib.

Eks-prezidentin qardaşı Almurad Əliyevin də ötən həftə Respublika Prokurorluğuna çağırılması da təsadüfi olmayıb. Müstəntiqlər bu məsələdə eks-prezidentin ailəsinin mövqeyi ilə bağlı A.Əliyevlə müzakirə aparıb. 

Qanunvericiliyin tələblərinə görə, mərhumun qəbrinin açılmasına ailəsinin mütləq razılıq verməsi lazımdır.

Almurad Əliyev ötən həftəki dindirmədən sonra Modern.az-a verdiyi açıqlamada müstəntiqlərin onu Elçibəyin ailə məsələləri ilə bağlı sorğu-sual etdiyini bildirmişdi.  

Qeyd edək ki, Bakı şəhər prokurorluğu Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin müraciəti əsasında Əbülfəz Elçibəyin qəsdən zəhərlənməsinin araşdırılması məqsədilə Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi açıb. Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

Əbülfəz Elçibəy 1992-1993-cü illərdə Azərbaycanın prezidenti olub.  

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!