Modern.az

Fərhad Əliyev Azərbaycan hökumətini məhkəməyə verməyə hazırlaşır - AÇIQLAMA

Fərhad Əliyev Azərbaycan hökumətini məhkəməyə verməyə hazırlaşır - AÇIQLAMA

Ölkə

20 Oktyabr 2012, 14:10

Eks-nazirin Avropa Məhkəməsinə üçüncü müraciəti hazırlanır

Sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin Avropa Məhkəməsinə müraciəti hazırlanır. Eks-nazirin vəkili Elton Quliyev Modern.az saytına açıqlamasında bildirib ki, Fərhad Əliyev bundan öncə iki dəfə Avropa Məhkəməsinə müraciət edib və indi üçüncü müraciətinə hazırlaşır:

“Fərhad Əliyev 2006-cı ildə ilk şikayəti ilə Avropa Məhkəməsinə müraciət edib və bu şikayətlə bağlı Avropa Məhkəməsi qərar çıxarıb. 2008-ci ildə edilmiş ikinci şikayətlə bağlı Avropa Məhkəməsinin qərarında isə  Fərhad Əliyevin qanunsuz həbs edildiyi və digər hüqularının pozulduğu, müdafiəsinin vacibliyi göstərilib. Bu hüquq pozuntuları Avropa məhkəməsi tərəfindən təsdiq olunub”.

Vəkil qeyd edib ki, hazırda 3-cü şikayət hazırlanır və noyabr ayına tam hazır olacaq:

“Sonuncu şikayət onun təqsirləndirilməsi ilə bağlı deyil, bu, Avropa Məhkəməsinin ikinci şikayət əsasında  çıxardığı qərarın Azərbaycanda icra olunmaması ilə bağlıdır. “-deyə E.Quliyev bildirib.
Vəkilin sonuncu dəfə eks-nazirlə nə vaxt görüşdüyünə gəlincə, deyib ki, bu görüş ilin əvvəlində baş tutub. Vəkil yaxın gələcəkdə F.Əliyevlə görüşməyi zəruri hesab etmir və qeyd edib ki, planda belə bir görüş yoxdur.

Xatırladaq ki, Fərhad Əliyev dövlət çevrilişinə cəhd ittihamıyla 2005-ci ilin oktyabrında həbs edilib. Amma 2007-ci il martın 5-də bu ittiham başqa icraatda birləşdirilərək, cinayət işindən ayrılıb və ona dövlət əmlakını mənimsəmə ittihamı irəli sürülüb.
2005-ci il oktyabrın 19-da parlament seçkiləri ərəfəsində öz xidməti kabinetində həbs edilən F.Əliyev məhkəmənin qərarı ilə 10 il müddətinə azadlıqdan məhrum edilib.

Nihadə Eyyubova

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır