Modern.az

Müəllim olmaq istəyənlərin sayı kəskin artıb

Müəllim olmaq istəyənlərin sayı kəskin artıb

Təhsil

4 Avqust 2021, 17:19

“Müəllimlərin İşə Qəbulu imtahanlarında iştirak üçün qeydiyyatdan keçənlərin sayı bu il 18 min nəfərdən 60 minə qalxıb”.

 

Modern.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev özünün sosial şəbəkə hesabında müəllimlərin suallarını cavablandırarkən deyib.

 

Nazir qeyd edib ki, müəllim peşəsinə və MİQ imtahanlarına maraq artıb:

 

“60 minə yaxın namizəd qeydiyyatdan keçsə də, MİQ imtahanlarında 46 930 nəfər iştirak edib. Onların heç də hamısı işsiz müəllimlər deyil.  10259 nəfər dövlət müəssisələrində işləyən şəxslərdir. Bu il ilkin ehtimal edilən vakant yerlərin sayı 7718-dir”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir