Modern.az

“Ən çox yer xarici dil müəllimliyinə ayrılıb” - Təhsil naziri

“Ən çox yer xarici dil müəllimliyinə ayrılıb” - Təhsil naziri

Təhsil

4 Avqust 2021, 17:28

2021-2022-ci təhsil ilində bakalavr üzrə təhsil ixtisaslarına 10 240 ixtisas yeri proqnozlaşdırılır.

 

Modern.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev özünün sosial şəbəkə hesabında müəllimlərin suallarını cavablandırarkən deyib.

  

Nazir qeyd edib ki, yeni tədris ilində ən çox xarici dil müəllimliyinə yerlər ayrılıb. Onun sözlərinə görə, ən çox yer ayrılan ikinci ixtisas İbtidai sinif müəllimliyi, ən az yer ayrılan sahə isə Azərbaycan dili və Ədəbiyyat müəllimliyidir.

 

“Ali məktəblərdə cəmi 10 240 ixtisas yerinin təhsil ixtisaslarına ayrılması proqnozlaşdırılıb. Bunlardan 4175-i dövlət sifarişlidir”.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü