Modern.az

Nazir narazı namizədlərə müraciət etdi

Nazir narazı namizədlərə müraciət etdi

4 Avqust 2021, 17:42

Təhsil naziri MİQ imtahanları ilə bağlı narazı namizədlərə müraciət edib.

 

Modern.az xəbər verir ki, bu barədə təhsil naziri Emin Əmrullayev özünün sosial şəbəkə hesabında müəllimliyə namizədlərin suallarını cavablandırarkən deyib:

 

“Əgər düşünürsünüzsə ki, hansısa məktəblərdə vakant yerlər gizlədilib, bu barədə bizə məlumat verin. Məktəblərin adını qeyd edin, araşdıraq”.

 

Təhsil naziri onu da bildirib ki, Azərbaycan təhsil müəssisələrində 150 min müəllim yeri var: “Müəllimlər 20 yaşından 65 yaşına qədər işləyirlər. Bu 45 illik peşə fəaliyyəti deməkdir. Göstəricilərə uyğun olaraq, orta hesabla illik 5 min vakant yer ayrılması mümkündür. 150 min müəllim sayı olan sistemin ildə 15 min vakant yer ayırmaq imkanı yoxdur”. 

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi