Modern.az

Gündəlik yoluxma 1000-ə çatır - 5 nəfər öldü

Gündəlik yoluxma 1000-ə çatır - 5 nəfər öldü

4 Avqust 2021, 20:08

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 996 yeni yoluxma faktı qeydə alınıb, 202 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 5 nəfər vəfat edib.

 

Azərbaycanda indiyədək ümumilikdə 346878 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 333694 nəfər müalicə olunaraq sağalıb, 5039 nəfər vəfat edib, aktiv xəstə sayı 8145 nəfərdir.

 

Ölkədə son sutka ərzində 10465 hazırkı dövrədək isə 4070700 test aparılıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?