Modern.az

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Bakı ilə Yerevanı SÜLHƏ ÇAĞIRDI

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Bakı ilə Yerevanı SÜLHƏ ÇAĞIRDI

Dünya

10 Avqust 2021, 13:49

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Azərbaycan-Ermənistan sərhədində baş verən gərginliyə reaksiya verib.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, təşkilatın Baş katibi Stanislav Zas dialoq yolu ilə ziddiyyətləri həll etməyin mümkün olduğunu deyib.

“Azərbaycan-Ermənistan sərhədində baş verıən insidentlərin Qafqaz regionu, o cümlədən Ermənistan üçün təhlükə törətdiyini düşünürük. Əgər problemin həlli yollarından danışırıqsa, hesab edirəm ki, situasiyanın siyasi yolla həlli variantı qalır. Mahiyyət etibarilə bu hər kəs üçün ən yaxşı variantdır”- deyə Zas deyib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat