Modern.az

Qurbanlıq heyvanlarının satış yerləri açıqlandı – SİYAHI

Qurbanlıq heyvanlarının satış yerləri açıqlandı – SİYAHI

Ölkə

24 Oktyabr 2012, 15:34

Qurbanlıq heyvanlarının satışı ilə bağlı yarmarka təşkil olunub. İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, oktyabrın 25-dən etibarən İqtisadi İnkişaf Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və digər aidiyyəti dövlət orqanları heyvandarlıqla məşğul olan sahibkarlarla birlikdə Qurban Bayramı günlərində Bakı şəhərində və Bakıətrafı qəsəbələrdə bazardakı qiymətlərlə müqayisədə daha ucuz qurbanlıq heyvanların satışını təşkil edəcəklər.

Qurbanlıq heyvanların satışının təşkil olunacağı yerləri təqdim edirik:

Sabunçu rayonu

-       Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi, dəmiryolu stansiyasının yanı;

-        Zabrat-Kürdəxanı yolu, Zabrat dairəsi;

Nərimanov rayonu

-        Əliyar Əliyev küçəsi, 26, Keşlə bazarının yanı;

Xətai rayonu

-        Nobel prospekti, “Nargilə” kafesinin yanı;

-        Gəncə prospekti, “Fərid” şadlıq evinin qarşısı;

Suraxanı rayon

-        Zığ qəsəbəsi, Hatəm Allahverdiyev küçəsi, Tikiş sexinin yanı;

-        Bülbülə qəsəbəsi, N. Nərimanov küçəsi, “Bakı Toxuculuq” ASC-nin yanı;

-        Əmircan qəsəbəsi, Malik Mustafayev küçəsi, “Neftçi” stadionunun yanı;

-        Qaraçuxur qəsəbəsi, Etibar Bəkirli küçəsi, 114 saylı yaşayış evinin yanı;

-        Hövsan qəsəbəsi, Oqtay Şabanov küçəsi, Maral heykəlinin yanı;

Səbail rayonu

-        Bibiheybət yolu, “Azpetrol” yanacaq doldurma məntəqəsinin yanı;

-        20-ci sahə dairəsi, Ticarət cərgəsinin arxasındakı boş sahə;

Yasamal rayonu

-        Şərifzadə küçəsi, 196, “İdeal” şadlıq sarayının həyəti;

Binəqədi rayonu

-        8-ci mkr, C.Xəndan küçəsi və Atatürk prospektinin kəsişməsi;

-        Rəsulzadə qəsəbəsi, Binəqədi şosesinin sağ tərəfi, “Baksol” yolu ilə kəsişmənin yanı;

-        Biləcəri qəsəbəsi, Xırdalan-Binəqədi yolunun A.Zeynallı küçəsi ilə kəsişməsi;

-        Binəqədi qəsəbəsi, 3-cü mədən küçəsi, korpus 78, Qəsəbə mərkəzi;

Nizami rayonu

-        R.Rüstəmov və M.Əliyev küçələrinin kəsişməsi, “Milord” restoranının yanı;

Xəzər rayonu

-        Binə qəsəbəsi, Əliağa  Vahid küçəsi 6, Sovxoz yolu;

-        Qala qəsəbəsi, Dəmiryolçular küçəsi, Qala dəmiryolu stansiyasının yanı;

-        Mərdəkan qəsəbəsi, Yesenin küçəsi, Mərdəkan qəsəbəsinin girişi, “Bank of Baku”nun qarşısı;

Qaradağ rayonu

-        Lökbatan qəsəbəsi, “Meyvəli” bazarının yanı;

-        Sahil qəsəbəsi, Mədəniyyət evinin yanı.

Sevinc İltifatqızı

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır