Modern.az

Pənah Hüseyn Elçibəyin fərmanını tənqid etdi: “Əvvəldən bunun əleyhinə idim”

Pənah Hüseyn Elçibəyin fərmanını tənqid etdi: “Əvvəldən bunun əleyhinə idim”

Ölkə

29 Oktyabr 2012, 11:51

“Surət Hüseynovu Milli Qəhrəman hesab etmirəm”

Keçmiş baş nazir Surət Hüseynovun Milli Qəhrəman statusunun ona yenidən qaytarılması ilə bağlı qaldırdığı iddia digər sabiq baş nazir Pənah Hüseyn tərəfindən narazılıqla qarşılanıb. P.Hüseyn Modern.az-a açıqlamasında Surət Hüseynovu Milli Qəhrəman kimi qəbul etmədiyini bildirərək, onun qaldırdığı iddianın əhəmiyyətsiz olduğunu vurğulayıb.

“Surət Hüseynova Milli Qəhrəman statusunun verilməsinin mən əvvəldən əleyhinə olmuşam.  Bu barədə mənim münasibətim bəllidir. Heç vaxt onu Milli Qəhrəman hesab etməmişəm və indi də hesab etmirəm. Lakin o belə bir məsələ qaldırıbsa, bu onun öz işidir və mən bunu əhəmiyyətli bir şey də saymıram”, - deyə P.Hüseyn qeyd edib.

Qeyd edək ki, eks-baş nazir Surət Hüseynov vaxtilə layiq görüldüyü, sonradan məhrum edildiyi Milli Qəhrəman fəxri adının bərpa olunmasını üçün Milli Məclis sədri Oqtay Əsədova məktubla müraciət edib.

Prezident Əbülfəz Elçibəy Surət Hüseynova Milli Qəhrəman adını 1992-ci ildə təltif edib. S.Hüseynov 1993-cü il 4 iyun qiyamının əsas rəhbəri olub. Onun rəhbərliyi altında Azərbaycanda baş qaldırmış hərbi qiyam AXC hakimiyyətinin yıxılması ilə nəticələnib.

Anar RÜSTƏMOV

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır