Modern.az

Deputat Surət Hüseynovun müdafiəsinə qalxdı: “O, Qarabağda şücaət göstərib”

Deputat Surət Hüseynovun  müdafiəsinə qalxdı: “O, Qarabağda şücaət göstərib”

29 Oktyabr 2012, 12:45

Millət vəkili İqbal Ağazadə keçmiş baş nazir Surət Hüseynovun Milli Qəhrəmanlıq statusunun ona geri qaytarılması ilə bağlı spiker Oqtay Əsədova ünvanladığı müraciətə münasibət bildirib. Deputat Modern.az-a açıqlamasında vaxtilə Surət Hüseynova verilən Milli Qəhrəman statusunun geri alınmasını tənqid edib. Onun sözlərinə görə, Surət Hüseynovun cinayət əməlinə görə ona verilən status geri alınmamalı idi.

“Bir cəbhədə Milli Qəhrəman ola bilərsən, amma digər bir sahədə cinayət törətmisənsə belə, bu sənin şücayətini inkar etməyə əsas vermir. O, Qarabağ cəbhəsində qəhrəmanlıq göstərdiyi üçün ona bu status verilib.  Sonradan dövlət işinə keçərək rüşvətxor olsa belə, bunun Milli Qəhrəmanlığa heç bir aidiyyatı yoxdur.
Surət Hüseynov Milli Qəhrəmandırsa, onun 1994-cü il hadisələrilə heç bir əlaqəsi yoxdur. Qarabağ bölgəsində qəhrəmanlıq göstəribsə, Milli Qəhrəman statusunu qazanıbsa, onun digər cinayətlərinin buna heç bir aidiyyatı yoxdur. O cinayət törədibsə belə, gedib cəzasını çəkməlidir, bu onun göstərdiyi qəhrəmanlıqla əlaqəsi olmayan məsələdir. Sürət Hüseynovun Milli Qəhrəmanlıq statusu götürülməməli idi. Ona bu adı dövlət idarəçiliyində yaxşı və yaxud da pis olduğununa görə verməyiblər”, - deyə İ.Ağazadə bildirib.

Qeyd edək ki, eks-baş nazir Surət Hüseynov vaxtilə layiq görüldüyü, sonradan məhrum edildiyi Milli Qəhrəman fəxri adının bərpa olunması üçün Milli Məclis sədri Oqtay Əsədova məktubla müraciət edib.

Prezident Əbülfəz Elçibəy Sürət Hüseynova Milli Qəhrəman adını 1992-ci ildə verib. S.Hüseynov 1993-cü il 4 iyun qiyamının əsas rəhbəri olub. Onun rəhbərliyi altında Azərbaycanda baş qaldırmış hərbi qiyam AXC hakimiyyətinin yıxılması ilə nəticələnib.

 

Anar RÜSTƏMOV

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü