Modern.az

Rəhim Qazıyev Surət Hüseynovdan danışdı: “Adı fikirləşib verməli idilər” - Mövqe

Rəhim Qazıyev Surət Hüseynovdan danışdı: “Adı fikirləşib verməli idilər” - Mövqe

Ölkə

29 Oktyabr 2012, 13:08

“Nazir olanda Surət Hüseynovun şücaətləri barədə mənə məlumat gəlməyib”

“Mən müdaifə naziri olan  zaman  Surət Hüseynovla bağlı hansısa şikayət daxil olmayıb, əksinə təriflər gəlib”. Bu sözləri Modern.az –a açıqlamasında sabiq nazir Rəhim Qazıyev eks-baş nazirin əlindən alınmış qəhrəman statusunun geri qaytarmaqla bağlı müraciətini şərh edərkən deyib. Onun sözlərinə görə, “normal ölkələrdə verilən titullar cinayətdən asılı olmayaraq qaytarılır”.

“Bizim ölkədə hər şey baş verə bilər. Konkret Surət Hüseynovla bağlı mən bir şey deyə bilmərəm. Hesab edirəm ki, dövlət hər hansı bir titulu verəndə fikirləşib verməli idi. Çünki yüksək adlar xidmətlərinə görə verilir. Mən müdafiə naziri olan vaxtlarda Surət Hüseynovun hansısa  sücaətlər göstərməsi barədə mənə hər hansı bir məlumat gəlib çatmayıb”.

“QAT-ın Qarabağ müharibəsinin tarixi ilə bağlı hazırladığı kitabında Surət Hüseynov vətənpərvər bir insan kimi göstərilir”.
Bu sözləri isə Modern.az-a açıqlamasında qurumun rəhbəri Akif Nağı qiyamçı polkovnikin rəsmi müraciətini şərh edərkən bildirib. 

Milli Qəhrəman adının geri qaytarılması tələbini S. Hüseynovun “şəxsi işi” adlandıran A. Nağı qeyd edib ki,  eks-baş nazirin fəaliyyətilə bağlı cəmiyyətdə zidiyyətli fikirlər var.
“Onun fəaliyyəti ilə bağlı mənim özümdə də birmənalı fikir yoxdur. QAT  Qarabağ müharibəsinin tarixi ilə bağlı bir kitab hazırlayır. Həmin kitabda Surət Hüseynov vətənpərvər bir insan kimi göstərilir. Bu gün kimlərsə hansısa adın bərpa olunmasını yox, torpaqlarımızın düşmən tapdağından necə azad olunması üzərində işləməlidir. Bu gün belə fikirlərin səsləndirilməsi mənasızdır”-deyə QAT sədri vurğulayıb.

QAT sədri əlavə edib: “Mənə təəccüblü gəlir ki, Qarabağ müharibəsində kifayət qədər fədəkarlıq göstərən Sürət Hüseynov bu gün ad davasına çıxıb. İnanmıram ki, Sürət Hüseynov hansısa adın geri almaq davasını eləsin”.

Mail Ağaxanov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır