Modern.az

Fikrət Məmmədov Avropa Şurasına çağrıldı - HADİSƏ

Fikrət Məmmədov Avropa Şurasına çağrıldı - HADİSƏ

30 Oktyabr 2012, 12:54

Avropa Şurasının Yerli Hakimiyyətlər Konqresi Azərbaycanda bələdiyyə sistemini ciddi tənqid edib

“Bələdiyyə sistemi dəstəklənmir”

Avropa Şurasının Yerli Hakimiyyətlər Konqresi Azərbaycanda bələdiyyə sistemini ciddi tənqid edib. Modern.az AŞPA-nın rəsmi saytına istinadən bildirir ki, Starsburqda oktyabr ayında  keçirilən Yerli Hakimiyyətlər Konqresinin iclasında Azərbaycanda bələdiyyə hakimiyyətinin vəziyyəti ilə bağlı məruzə dinlənilib. Azərbaycanla bağlı məruzəni Hollandiyadan olan məruzəçi Yos Viena və avstriyalı Qudrun Mosller-Ttorster edib.

Onların məruzəsində Azərbaycanda 2003-cü ildən sonrakı dövrdə aparılmış monitorinqin nəticələrinə qiymət verilib. Məruzədə vurğulaınb ki, Azərbaycanda bələdiyyə orqanlarının 3 asossiyasiyası yaradılsa da, onlar bələdiyyə maraqlarının müdafiəsində fəal rol oynamırlar.    

“Azərbaycanda faktik olaraq yerli demokratiya mövcud deyil”

Bununla yanaşı, məruzədə Azərbaycan ratifikasiya etdiyi “Yerli idarəetmə haqqında” Avropa xartiyasının xeyli sayda qaydalarına əməl etməməkdə  ittiham olunub.
“Azərbaycanda faktik olaraq yerli və regional demokratiya mövcud deyil. Situasiyanı dəyişmək üçün planlar da yoxdur”-deyə məruzədə qeyd olunub.

AŞPA “təxirəsalınmaz tədbirlər”ə  çağırıb

Sənəddə vurğulanıb ki, bələdiyyə qurumları yerli dövlət  strukturlarının güclü nəzarəti altındadır. Konqres Azərbaycan hökümətini tövsiyyələri həyata keçirmək üçün təxirəsalınmaz tədbirlər gerçəkləşdirməyə çağırıb.
Konkret fəaliyyət planı çərçivəsində Konqres Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədovu 2013-cü ilin oktyabrında müzakirələr üçün Konqresə dəvət edib.

X.SƏFƏROĞLU

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir