Modern.az

YAP-ı kommunistlərin aqibəti gözləyirmi?

YAP-ı kommunistlərin aqibəti gözləyirmi?

30 Oktyabr 2012, 13:33

Hakim partiyanın tanınmış üzvü “xeyr” deyir

“Hakim partiyanın keçmiş Kommunist Partiyası ilə müqayisə olunması heç bir halda düzgün deyil. Eyni zamanda, bu partiyanın gələcəkdə Kommunist Partiyasının taleyini, aqibətini yaşayacağı ilə bağlı müxalif mediadakı əsassız  fikirləri də təkzib və rədd edirəm”.

Modern.az bildirir ki, bunu jurnalistlərə açıqlamasında məşhur “91-lər”dən və hakim partiyanın qurucularından olan millət vəkili, Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü Eldar İbrahimov söyləyib.

 “Bu, qətiyyən belə deyil. Mən o fikirlə qəti razı deyiləm ki, Yeni Azərbaycan Partiyasının üzvlərini keçmiş Kommunist Partiyasının üzvlərinə oxşadırlar”-deyən millət vəkilinin sözlərinə görə, YAP üzvlərinin içində bir-iki faiz ola bilər ki, bu insanlar sadəcə, başqa məqsədlər naminə bu partiyaya üz tutmuş olsunlar:

“Onlar vəzifə xatirinə, nəyinsə xatirinə, ola bilsin ki,  ortalığa çıxsınlar və sabah da partiyadan imtina etsinlər, hansısa bir halda mənfi münasibətlərini bildirsinlər. Amma bu gün YAP-da elə bir səmimi, mehriban şərait var ki, başda Prezidentimizin rəhbərliyi ilə  partiyanın İcra Katibliyi,  Siyasi Şurası, İdarə heyəti, rayon təşkilatları bir yumruq kimidirlər. Mən yerlərdə çox oluram, qabaqlar partiyadan  narazı olan  adamlar görürdüm, ancaq bu gün bu adamları görmürəm”.

 E.İbrahimov vurğulayıb ki, hakim partiyanın üzvləri YAP-dan narazı deyil:

 “İşləyən işləyir, işləməyən də bir kənarda dayanır. Onlar da bu partiyanın üzvüdür və partiyanın sədri İlham Əliyevin siyasətini bəyənir, ona kömək olurlar”.

Modern.az 

Whatsapp
Bizə yazın!
Keçid et
Son dəqiqə Naxçıvanın Kərki kəndində etirazlar başladı