Modern.az

Filipp Kirkorov konsertinin ləğvinə görə Bakıdakı bəzi şəxsləri İTTİHAM etdi

Filipp Kirkorov konsertinin ləğvinə görə Bakıdakı bəzi şəxsləri İTTİHAM etdi

Ölkə

30 Oktyabr 2012, 14:54

“Gah ifaçının vətəndaşlığı, gah da milli mənsubiyyəti ucbatından minlərlə tamaşaçının gözlədiyi konsertin təxirə salınması pis haldır. Siyasətdən həmişə kənarda olmuş bir insan kimi, noyabrın 8-də Bakıda, “Cristall Hall”dakı çıxışımın təxirə salınmasını izah etmək mənim üçün çox çətindir”.

Bu sözləri rusiyalı müğənni Filipp Kirkorov bildirib. Modern.az saytı Rusiya mediasına istinadən xəbər verir ki, F.Kirkorov daha sonra deyib:

“Komandamla birgə bizə elə gəlirdi ki, Bakı tamaşaçılarına ərməğan etməyi arzuladığımız şənliyə heç nə kölgə sala bilməz. 25 min tamaşaçı bizim “ДРУGOY” şousunu seyr etməli idi. Amma konsertə iki gün qalmış bildik ki, şou baş tutmayacaq”.

F. Kirkorov bildirib ki, Azərbaycan dünya sivilizasiyasının bir hissəsidir, bu ölkənin hörmətli və ləyaqətli insanları arasında çoxlu dostları var.

“İki il əvvəl Kreml Sarayında “Moskvada Azərbaycan günləri” çərçivəsində mən Aygün Kazımova ilə birgə ifa etdim. 2011-ci ildə Azərbaycan “Eurovision”da qalib gəldikdə mən xoşbəxt idim. Gizlətməyəcəyəm, Bakıda çıxış mənim üçün xüsusi əhəmiyyətə malik idi. Mən dahi müğənni Müslüm Maqomayevlə bağlı ithaf hazırlamışdım, şounun dekorasiyaları xüsusi olaraq Qərb “ulduzları”na qucaq açan fantastik “Cristall Hall”a uyğun hazırlanmışdı”, - deyə F. Kirkorov bildirib. Onun fikrincə, konsertin təxirə salınması bəzi adamların “cəmiyyətin gözündə xəyanətkar kimi görünməmək naminə” edilib.  Amma Kirkorov ittiham etdiyi şəxslərin adını çəkməyib.

Qeyd edək ki, sözügedən konsert noyabrın 8-də “Baku Cristall Hall”da olmalı idi. Hətta bütün biletlər də satılmışdı. 

Filipp Kirkorovun ata babası ermənidir.

Modern.az
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!