Modern.az

Azərbaycandakı uzunömürlü insanların sayı açıqlandı - STATİSTİKA

Azərbaycandakı uzunömürlü insanların sayı açıqlandı - STATİSTİKA

1 Noyabr 2012, 11:20

Vaxtilə uzunömürlülər diyarı kimi tanınan Azərbaycan Respublikasında indi vəziyyət necədir? 

Azərbaycan Prezidenti İlham Əliyev bir neçə gün öncə Saatlı rayon ictimaiyyəti ilə görüşündə deyib ki, son illər ərzində aparılan islahatlar nəticəsində Azərbaycanda insanların ömrünün uzunluğu artır.

Maraqlıdır, hazırda ölkəmizdə uzunömürlü insanların sayı nə qədərdir?

Modern.az saytı bu sualla Dövlət Statistika Komitəsinə müraciət edib.

Dövlət Statistika Komitəsi Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, 2012-ci ilin məlumatına görə, Azərbaycanda yaşı 100-dən yuxarı olan insanların sayı 985 nəfər təşkil edir.

“Statistika Komitəsi olaraq bildiririk ki, Azərbaycan Respublikası üzrə 2012-ci il yanvarın 1-i vəziyyətinə 100 və daha yuxarı yaşda olan əhalinin sayı 985 nəfər təşkil edib”.

Rəsmi məlumata görə, ölkə üzrə orta yaş həddi 2007-2011-ci illər üzrə aşağıdakı kimi olub:

2007-ci ildə əhalinin ortalama yaş həddi 31 yaş olub. Bu yaş həddi kişilərdə 30, qadınlarda 32 olub. 2008-ci ildə vəziyyət təqribən 2007-ci ildəki kimi olub.  2009-cu ildə orta yaş həddi  əhali üzrə 32, kişilərdə 30, qadınlarda 33, 2010-cu ildə bu yaş həddi 32, kişilərdə 31, qadınlarda 33, 2011-ci ildə isə orta yaş həddi 32, kişilərdə 31, qadınlarda 33 yaş  olub.

İllər

Bütün əhali

o cümlədən:

kişilər

qadınlar

2007

31,4

30,4

32,4

2008

31,7

30,7

32,7

2009

32,0

30,9

33,0

2010

32,2

31,2

33,3

2011

32,4

31,3

33,5

 

 

 

 


Nihadə Eyyubova

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır