Modern.az

Azərbaycanlı uşaqları övladlığa götürən əcnəbilər - STATİSTİKA

Azərbaycanlı uşaqları övladlığa götürən əcnəbilər - STATİSTİKA

1 Noyabr 2012, 13:40

Ailə Qadın Uşaq Problemləri Üzrə Dövlət Komitəsi:10 azyaşlı uşaq əcnəbilərə verilib”

2012-ci ilin 6 ayı ərzində Azərbaycanda övladlığa götürülən uşaqların sayı 558 nəfərdir. Bu rəqəmi Dövlət Statistika Komitəsi Modern.az-ın rəsmi sorğusunu cavablandırarkən açıqlayıb. Onlardan 3 nəfəri xarici vətəndaşlar tərəfindən övladlığa götürülüb.

Bu isə keçən illə müqayisədə kəskin azalma deməkdir. Belə ki, keçən il övladlığa götürülənlərin sayı 934 nəfər olub və onlardan 7 uşaq  xarici vətəndaşlar tərəfindən aparılıb. Beləliklə, 2011-ci illə 2012-ci il arasındakı fərq 376 nəfər olub.

Ailə Qadın Uşaq Problemləri Üzrə Dövlət Komitəsindən isə sorğumuza cavab olaraq bildirilib ki,  keçən il Azərbaycandan 10 azyaşlı uşaq ölkələrarası övladlığa verilmə qaydaları əsasında əcnəbi vətəndaşlar tərəfindən götürülüb. Lakin övladlığa götürənlərin əksəriyyəti əslən azərbaycanlı, Rusiya vətəndaşları olan şəxslərdir. Onların Azərbaycanda yaşayan qohumlarının uşaqlarını qarşılıqlı razılıq əsasında övladlığa götürüblər.

Lakin bu sırada əcnəbi avropalı vətəndaşlar da yer alır. Ümumiyyətlə, əcnəbilər arasında ABŞ vətəndaşları üstünlük təşkil etsə də, bu sıraya Avropa vətəndaşlarını, Fransadan, İsveçrədən, Danimarkadan və digər ölkələrdən olan xariciləri göstərmək olar.   

Şahanə RƏHİMLİ

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər