Modern.az

Akademik Budaq Budaqov vəfat etdi

Akademik Budaq Budaqov vəfat etdi

1 Noyabr 2012, 16:29

Modern.az saytının məlumatına görə, Azərbaycanın tanınmış alimi, akademik Budaq Budaqov uzun sürən xəstəlikdən sonra bu gün 84 yaşında vəfat edib.

Budaq Budaqov 1928-ci il fevralın 23-də Ermənistanın Zəngibasar (indiki Masis) rayonunun Çobankərə kəndində anadan olub. Milli Elmlər Akademiyasının və Lütfizadə adına Beynəlxalq Müasir Elmlər Akademiyasının həqiqi üzvü, 1051 elmi məqalə müəllifidir.
2008-ci ildə 80 illik yubileyi münasibətilə “Əməkdar elm xadimi” fəxri adına layiq görülüb, 2000-ci ildə “Şöhrət” orden ilə təltif olunub. Həsən Əliyev adına Çoğrafiya İnstitutunun direktoru Budaq Budaqov həmçinin Azərbaycan Ağsaqqallar Şurasının sədri idi.

Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir