Modern.az

Dövlət qulluğuna qəbulla bağlı yeniliklər var

Dövlət qulluğuna qəbulla bağlı yeniliklər var

15 Fevral 2010, 11:27

Azərbaycanda dövlət qulluğu vəzifələrinin tutulması ilə bağlı bəzi yeniliklər var. Dövlət Qulluğu Məsələləri üzrə Dövlət Komissiyasının sədri Bəhram Xəlilov jurnalistlərə verdiyi açıqlamada bildirib ki, komissiyanın yenicə elan etdiyi müsabiqənin birinci mərhələsi test imtahanından ibarət olacaq. Əvvəllər test imtahanlarını təşkil edərkən 6-cı təsnifatdan 9-cu təsnifata kimi eyni testlər təqdim olunurdu. “İndiki sistemlə vəzifə funksiyalarının dövlət qulluğu kateqoriyalarını nəzərə alaraq fərqli testlər təqdim edəcəyik. Bundan başqa test imtahanlarında yeni informasiya texnologiyaları tətbiq olunancaq. Bu da ondan ibarətdir ki, testlər kompyuterlər vasitəsi ilə veriləcək və namizədlər testi başa çatdırdıqdan sonra həmin anda nəticələrini əldə edəcəklər".

B.Xəlilov deyib ki, testlərin qiymətləndiriliməsi sistemində də yeniliklər edilib, bu il 6-cı və7-ci təsnifatlarda olan vəzifələr üçün keçid balı 80, 8 və 9-cu təsnifatın vəzifələri üçün isə 70 bal olacaq.

Bəhram Xəlilov bildirib ki, testlərin quruluşlarında da dəyişikliklər edilib. “Hazırladığımız testlərin 30 faizi məntiqi testlər olacaq. Bu da namizədlərin məntiqi təfəkkürlərinin yoxlanmasına xidmət edəcək. Testlər blokuna isə “Azərbaycana dair ümumi biliklər”a aid də suallar daxil etmişik”. Komissiya sədi deyib ki, sənəd qəbulu martın 10-da yekunlaşacaq və sonra dərhal imtahanların keçirilməsinə başlanılacaq.

Yeniliklərdən biri də odur ki, indiyə kimi vakant dövlət qulluğu vəzifələrinə qəbul imatahanları TQDK tərəfindən həyata keçirilirdi, lakin bu il həmin işi Dövlət Qulluğu Məsələləri üzrə Dövlət Komissiyasının özü reallaşdıracaq.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir