Modern.az

Sərkisyan Macarıstanı məhkəməyə verir

Sərkisyan Macarıstanı məhkəməyə verir

Ölkə

2 Noyabr 2012, 10:49

Azərbaycanlı zabit Ramil Səfərovun ekstradisiyasından bir neçə ay keçsə də Ermənistan tərəfi yenidən Macarıstana qarşı təzyiqlər göstərməyə başlayıb. Modern.az-ın erməni mətbuatına istinadən verdiyi məlumata görə, bu dəfə Ermənistan Diaspor Nazirliyi rəsmi Budapeşti Ramil Səfərovu vaxtından əvvəl azadlığı buraxdığı üçün beynəlxalq məhkməyə verəcəyini açıqlayıb. Bu barədə Ermənistanın diaspor naziri Hranuş Hakobyan bildirib. 

Nazir qeyd edib ki, Macarıstana qarşı çoxsaylı təzyiqlər bundan sonra daha da artırılacaq və bu işdə diaspor təşkilatları da gücləndirilmiş rejimdə çalışacaqlar.

Xatırladaq ki, Macarıstanda erməni zabitini qətlə yetirən Azərbaycan Ordusunun zabiti Ramil Səfərov 8 illik həbsdən sonra ekstradisiya olunaraq prezident İlham Əliyev tərəfindən azadlığa buraxılıb. Ermənistan rəhbərliyi dəfələrlə buna etiraz etsə də rəsmi Budapeşt Ramil Səfərovun beynəlxalq hüquq normaları çərçivəsində ekstradisiya edildiyini bəyan edib.

Anar RÜSTƏMLİ

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır