Modern.az

Prezident 3 min azərbaycanlıya mənzil verdi

Prezident 3 min azərbaycanlıya mənzil verdi

2 Noyabr 2012, 16:09

İran prezidenti Mahmud Əhmədinejad ölkənin Şərqi Azərbaycan əyalətində baş verən zəlzələdən sonra evsiz qalan 3 min soydaşımıza yeni mənzillər təqdim edib. Modern.az-ın İran mətbuatına istinadən verdiyi məlumata görə, Əhmədinejad zəlzələ bölgəsinə etdiyi səfər zamanı soydaşlarımızla görüşərək onların problemləri ilə maraqlanıb.

Qeyd edək ki, bu ilin avqust ayında İranın Şərqi Azərbaycan əyalətində baş verən güclü zəlzələ nəticəsində minlərlə soydaşımız evsiz qalıb.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü