Modern.az

Azərbaycandakı oxşarlar... Onlar sizi də çaşdıra bilərlər - FOTO

Azərbaycandakı oxşarlar... Onlar sizi də çaşdıra bilərlər - FOTO

Ölkə

3 Noyabr 2012, 13:10

Deyirlər həyatda hər kəsin bir və ya neçə oxşarı var. Bu ifadəni ən çox qarşımıza xarici görünüşcə bir-birinə bənzər iki insan çıxarkən yada salırıq. Həmin vaxt anlayırıq ki, həqiqətən yaranışdan hər kəsin öz əkiz tayı var. Bəzən bir-birindən xəbərsiz yaşayan iki insan xarici görkəmlərinə görə o qədər oxşar olurlar ki, həqiqətən də onları fərqləndirmək çətinlik yaradır. Bəzən oxşarlar elə bir ölkə daxilində yaşayırlar. Hətta onlar arasında elələri var ki, hər ikisi tanınmış simalar olur.

Azərbaycanda da oxşarlar çoxdur. Onlar arasında tanınmışlar da var, adi vətəndaşlar da. İctimai-siyasi, mədəniyyət sahəsində, mediada tez-tez görüb, danışığını eşitdiyimiz şəxslər arasında da oxşarlar az deyil.

Modern.az saytı Azərbaycandakı oxşarlarla bağlı silsilə təqdimatları davam etdirir.  "Oxşarlar" layihəsinə əvvəlcə ikisi də tanınmış simalar olan oxşarlardan başlamışıq.

Milli Elmlər Akademiyasının sabiq prezidenti, eks-deputat, mərhum Fərəməz Maqsudovun simasını xatırlayırsınızmı? 2000-ci ildə dünyasını dəyişən mərhum akademikin oxşarı da sıradan biri deyil.

F.Maqsudovun oxşarı da elə onun qədər tanınmış simadır – “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə.

Onlar bir-birlərinə o qədər bənzəyirlər ki, hətta bir dəfə jurnalistlər də bu iki şəxsi ayırmaqda çaş-baş qalıblar və maraqlı bir hadisə baş verib:

Deməli, 2000-ci ildə akademik Fərəməz Maqsudov vəfat edəndə mətbuatda mərhumun ailəsinə çoxlu başsağlıqları dərc olunurdu. “Ekspress” qəzetinə Fərəməz Maqsudov barəsində göndərilən başsağlığı axşam saatlarında qəzet çapa getməzdən əvvəl səhifəyə qoyulur.
O zaman redaksiyalarda internet olmadığından “Ekspress”in qəzetin çapına məsul əməkdaşları mərhumun şəklini bir xeyli axtarmalı olurlar. Axırda bir şəkil tapıb başsağlığının yanında verirlər.
Səhər qəzet çıxada məlum olur ki, başsağlığında Fərəməz Maqsudovun əvəzinə “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadənin şəkli gedib. Onların bir-birinə oxşarlığı qəzet əməkdaşlarını çaşdırıbmış.
Xəbər Əhməd Əhmədzadənin özünə də çatır və o, qəzəblənərək Ekspress” qəzetinə zəng edib redaktora “dişinin dibindən çıxanı” deyir.

Aşağıdakı şəkillərə diqqətlə baxın, yəqin onlar sizi də çaşdıra bilərlər...



Mərhum akademik F.Maqsudov və “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədri Əhməd Əhmədzadə


A.Qorxmaz

***
Həmçinin oxu:

Azərbaycandakı oxşarlar - I... Onlar sizi də çaşdıra bilərlər -FOTOLAR
//modern.az/articles/30301/1/

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar