Modern.az

ÜST: “Mü” ştammına yoluxma azalır

ÜST: “Mü” ştammına yoluxma azalır

6 Sentyabr 2021, 16:36

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusun “Mü” ştammı ilə bağlı açıqlama yayıb.

 

Modern.az xəbər verir ki, ÜST koronavirusun “Mü” ştammının dünya üzrə yayılmasının ləngidiyini, lakin virusun yayılma arealının diqqətlə izlənildiyini açıqlayıb.

 

Koronavirusun yeni “Mü” və yaxud B.1.621 ştammı ilk dəfə 2021-ci ilin yanvar ayında Kolumbiyada aşkar olunub. Bu ştamm ilə yoluxma halları nəinki Cənubi Amerikada, həmçinin Avropada da aşkar edilib.

 

ÜST, həmçinin qeyd edib ki, “Mü” ştammının dünyada yayılması halları azalıb və hazırda 1%-dən az təşkil edir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Mehdiyevin şəbəkəsi İFŞA OLUNDU - 50 nəfərlik şok siyahı