Modern.az

Veteranlar Birliyi: “Surət Hüseynov gedib Moskvada asfaltını çəksin..” - MÖVQE

Veteranlar Birliyi: “Surət Hüseynov gedib Moskvada asfaltını çəksin..” - MÖVQE

Ölkə

5 Noyabr 2012, 11:34

“Rəhim Qaziyevə demək lazımdır ki, nədir Surət Hüseynovun qəhrəmanlığı? 

“Surət Hüseynov nə vaxt silah götürüb vuruşub?

“Surət Hüseynova Milli Qəhrəman adının verilməsi özü  absurddur. Surət Hüseynov nə vaxtsa silah götürüb kiminləsə vuruşubmu? Bu gün Milli Qəhrəman adının davasını edir. Surət Hüseynov  müharibə gedə-gedə döyüş bölgəsindən  rəhbəri olduğu hərbi hissəni geri çəkib Gəncəyə gətirdi. Bundan sonra ermənilər Ağdərəni işğal elədilər.Budur onun qəhrəmanlığı?”.
Bu sözləri Modern.az–a açıqlamasında  Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin sədri Füzuli Rzaquliyev eks-baş nazirin Milli Qəhrəman adının özünə qaytarılması ilə bağlı müraciətini şərh edərkən deyib. 

“Milli Qəhrəman adı o adama verilir ki...”

F.Rzaquliyevin sözlərinə görə, əsl Milli Qəhrəman statusu alanların qarşısında baş əyir.
“Milli qəhrəmanlıq dövlətin ən ali statusudur, indi bunlar  bu adla məzələnirlər. Milli Qəhrəman  adı o adama verilir ki, düşmənin texnikasını, sursatını məhv edir, uğurlu əməliyyatlar aparır. Milli qəhrəmanlıq iddiasını edənlər getsinlər Mübariz İbrahimov, Fərid Əhmədov kimi qəhrəmanlıq göstərsinlər, onda deyək bu adam sücaət göstərdi və haqqını aldı. Belə şeylər yolverilməzdir və insanların hissiyatı ilə oynmaq olmaz”.

“Rəhim Qaziyevə demək lazımdır ki, nədir Surət Hüseynovun qəhrəmanlığı? 

Surət Hüseynov, Rəhim Qaziyev, Əlikram Hümmətovun bir sıra qaranlıq işlərdə  bir-birləri ilə əlbir olduğunu deyən Rzaquliyev qeyd edib ki, Surət Hüseynovun Milli qəhrəmanlıq adı iddiası bir çox adamları -vətən həsrətində yaşayanları, döyüşçüləri, döyüşü gözləyən döyüşçüləri hiddətləndirib.

“Rəhim Qaziyevə demək lazımdır ki, nədir Surət Hüseynovun qəhrəmanlığı?  İstər daxili toqquşmalarda, istərsə də digər başqa hadisələrdə nə qədər insanları məhv elədilər. Abırlarına kor olsunlar, gedib Moskvada asfaltlarını çəksinlər”.

Mail Ağaxanov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü