Modern.az

Vəfa Quluzadə: “ABŞ-dan kömək gözləməyin...” - MÖVQE

Vəfa Quluzadə: “ABŞ-dan kömək gözləməyin...” - MÖVQE

5 Noyabr 2012, 13:54

Hazırda dünya mətbuatının gündəmində olan əsas məsələ sabah ABŞ-da keçiriləcək prezident seçkiləri və onun nəticələri ilə bağlıdır. Hamı bu haqda düşünür: dueldə kim qalib gələcək - Barak Obama, yoxsa Mitt Romni? Milyonların diqqətlə izlədiyi seçki və sonrakı ab-hava müxtəlif aspektlərdən şərh edilir. Bir çox ekspertlər tərəfindən 6 noyabrda baş tutacaq seçkilərin dünyada gedən siyasi proseslərdə dönüş yaradacağı şərh edilir.

Bəs okeanın o tayında baş verən proseslər Azərbaycana və Cənubi Qafqaza necə təsir edəcək? Obama və ya Romninin seçkilərdə qalib gəlməsi bizim üçün nə dərəcə də əhəmiyyətlidir? Və yaxud ABŞ-da başlayacaq yeni siyasi dönəm Qarabağ məsələsində Azərbaycan üçün nə vəd edir?

Modern.az-ın əməkdaşı bu və digər suallarla tanınmış politoloq Vəfa Quluzadədən münasibət öyrənib. Hər zaman Qarabağ münaqişəsinin həll edilməməsində Rusiyanı günahkar hesab edən politoloq bu dəfə ABŞ-dan da kömək gözləməməyi məsləhət görüb. V.Quluzadə Amerikada yaşananların Qarabağa hər hansı təsirinin olmayacağını bəyan edib.

“Düşünürəm ki, ABŞ-da keçirilən prezident seçkiləri nəticələrdən asılı olmayaraq Qarabağ münaqişəsinin həllinə hüç bir müsbət təsir göstərməyəcək. Amerika elə Amerikadır. Onun siyasəti də illərdir ki, eyni, dəyişməz olaraq qalıb. Odur ki, seçkilərdən sonra hər hansı ciddi dəyişikliyin olacağını hesab etmirəm”, - deyə politoloq bildirib.

V.Quluzadə həmçinin vurğulayıb ki, ABŞ-ın seçkidən sonra Ermənistana qarşı da siyasəti dəyişməz olaraq qalacaq:
“Amerikanın ermənilərə qarşı siyasəti də dəyişməz olaraq qalacaq. Hər seçki prosesində xatırlayırsınızsa, prezidentlər soyqırımı ilə bağlı ermənilərə vədlər verirdi. Bu dəfə belə olmadı. Çünki, ehtiyac duyulmadı buna”.

Bu dəfəki seçkiqabağı təbliğat və təşviqat kampaniyalarında Ermənistan və “soyqırımı” məsələsinin gündəmə gətirilməməsi də diqqət çəkən məqamlardandır. Görünür Barak Obama və Mitt Romni artıq erməni kartından istifadə etmək niyyətində deyillər.

Xatırladaq ki, namizədlərin keçirdiyi sonuncu sorğularda Ohayoda 46 faiz Obamanı, 45 faiz Romnini dəstəkləyib. Floridada hər iki namizdə 47 faiz səs alıb. Kolorado ştatında Romni 47 faiz, Obama 45 faiz səs alıb. Virciniya da isə Obama rəqibini 3 faiz qabaqlayıb.

Anar RÜSTƏMOV

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər