Modern.az

Putin Əsədin xilas edilməsi üçün göstəriş verdi

Putin Əsədin xilas edilməsi üçün göstəriş verdi

Ölkə

6 Noyabr 2012, 09:07

Suriyada yaşanan böhranın aradan qaldırılması üçün əlindən gələni edən Rusiya bu dəfə Əsəd hökumətinə qarşı amansız mübarizə aparan müxalifət nümayəndələri ilə görüşəcək. Modern.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu istiqamətdə hərəkətə keçən Rusiyanın xarici işlər naziri Sergey Lavrov prezident Putinin göstərişi ilə İoridaniyada Suriya müxalifət rəhbərləri ilə razılaşmağa çalışacaq. Hazırda rəsmi Moskva çətin durumda olan müttəfiqini xilas etmək üçün sözügedən görüşlə bağlı qeyri-rəsmi danışıqlar aparmaqdadır.  

Rusiya xarici işlər naziri Türkiyənin təklif etdiyi İran-Misir-Rusiya müzakirə qrupuna dəstək verməyə hazır olduqlarını açıqlayıb. Moskvaya görə hərbi üsulla Suriya böhranının həlli mümkün deyil. Bütün tərəflərin müzakirəyə qoşulması və atəşkəsin təmin edilməsi siyasi dəyişmə prosesi üçün önəmlidir.

Anar

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır