Modern.az

Xankəndi hava limanının sirri açıldı: ermənilərlə məxfi danışıqlar aparılır - HADİSƏ

Xankəndi hava limanının sirri açıldı: ermənilərlə məxfi danışıqlar aparılır - HADİSƏ

6 Noyabr 2012, 15:45

Separatçılar Azərbaycanın hərbi zərbəsindən qorunmaq üçün xarici şirkətlərə üz tutub

Dağlıq Qarabağdakı separatçı rejim Xankəndi hava limanında təhlükəsizlik sisteminin quraşdırılması üçün bir sıra beynəlxalq şirkətlərlə danışıqlar aparır. Modern.az bildirir ki, bu barədə separatçı rejimin “baş naziri” Ara Aratunyan hava limanının istismara verilməsi perspektivini şərh edərkən danışıb. Lakin o, konkret ad çəkməyib: “Hazırda Xankəndi hava limanında quraşdırılacaq müasir təhlükəsizlik sistemi üçün avadanlıqlar alınması istiqamətində iş aparılır”-deyə Aratunyan qeyd edib.    

Qondarma rejimin “baş naziri” hava limanında uçuşların baş tutmamasını təhlükəsizlik sisteminin olmaması ilə əlaqələndirib.
“Xankəndi hava limanının birinci reysinin geçikməsi orada uçuşların təhlükəsizliyini təmin edəcək müasir sistemin olmaması ilə bağlıdır”.

Onun sözlərinə görə, hava limanını ilk olaraq iki variantda qurmaq planı olub. Birinci variantda hava limanında  SSRİ zamanındakı kimi, hava şəraitindən asılı olaraq uçuşların aparılması nəzərdə tutulub. Digər variant isə hava limanında aviasiyannın müasir tələblərinə cavab verəcək təhlükəsizlik sisteminin quraşdırılmasıdır.
“İkinci varianta üstünlük verilib. Odur ki, bu sistemin quraşdırlmasının hər mərhələsində yeni problemlər ortaya çıxır”.

Aratunyan deyib ki, hava limanında Azərbaycan hərbi hava qüvvələrinin zərbələrindən qorunmaq üçün təhlükəsizlik zolağı salınıb.
“Uçuş-enmə zolağı elə tikilib ki, Azərbaycan hərbi hava qüvvələri tərfindən təyyarələrin nəzarətdə saxlanma ehtimalı sıfır həddə olacaq”-deyə “baş nazir” bildirib.

X.SƏFƏROĞLU

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər