Modern.az

Azərbaycanda ən çox vergi ödəyən şirkətlərin sayı açıqlanıb

Azərbaycanda ən çox vergi ödəyən şirkətlərin sayı açıqlanıb

7 Noyabr 2012, 11:24

“Azərbaycanda ən çox vergi ödəyən şirkətlər neft şirkətləri, podratçı şirkətlər, rabitə və kommunikasiya sektorudur. Həmin müəssisələr Vergilər Nazirliyində xüsusi rejimli departamentdə cəmlənib”. Bu barədə Modern.az-a Vergilər Nazirliyindən məlumat verilib.

Nazirliyin məlumatına görə, ümumilikdə xüsusi rejimli departamentdə 600-dək şirkət cəmləşib. “Büdcəyə ən çox vergi verən şirkətlər əsasən iri müəssisələrdir”-deyə nazirlikdən bildiriblər.  

Qeyd edək ki, bu ilin əvvəlində Nazirlər Kabineti apardığı monitorinqin nəticələrinə əsasən, ən çox vergi ödəyən dövlət qurumlarınin da siyahısını açıqlamışdı. Belə ki, “Azərsu” ASC, Xəzər Dəniz Gəmiçiliyi, “Azərenerji” ASC, “ Bakıelektrikşəbəkə” ASC, “Azərbaycan Hava Yolları” QSC, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (ARDNŞ), “Azərbaycan Dövlət Dəmir Yolları” QSC, Azərbaycan Respublikasının Rabitə və İnformasiya  Texnologiyaları Nazirliyi, Bakı Metropoliteni ən çox vergi ödəyən dövlət qurumu olublar.

Gültəkin Ələsgər  

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü