Modern.az

Milli politoloqlarımızın gecikmiş təşvişi

Milli politoloqlarımızın gecikmiş təşvişi

8 Noyabr 2012, 22:23

Gürcüstan son illər çox ağır iqtisadi sıxıntılar məngənəsində boğulur. Bir neçə il əvvəl ölkədə baş verən hakimiyyət dəyişikliyi və Mixel Saakaşvili hökumətinin fəaliyyəti gürcü əhalisinin sosial-iqtisadi vəziyyətinə heç də müsbət təsirini göstərmədi. Amma ədalət naminə qeyd edək ki, Gürcüstan demokratiya yolunda böyük addımlar atdı, korrupsiya və digər bu kimi nadürüst əməllər aradan qalxdı.

Rusiya ilə münasibətlərin soyuması, Abxaziya münaqişəsi və daxildə qeyri-sabit vəziyyət dünən olduğu kimi, bu gün də ölkəni ayaqda zorla saxlayır. Sirr deyil ki, ABŞ və digər Avropa ölkələrinin qrantları hesabına ayaqda qalan Gürcüstana Azərbaycan qonşuluqdan da artıq dəstək verdi.

Ötən illər ərzində Rusiya Federasiyasının Gürcüstana qiymət artımı ilə bağlı qaz ixracını dayandırdığı vaxtda yenə də Azərbaycan qonşu dövlətin köməyinə çatdı. Belə ki, Gürcüstana sərf edən və beynəlxalq qiymətlərdən də aşağı dəyərlə bu ölkəyə qaz verdi.

Regionun ən böyük layihəsi olan Bakı-Tiblisi-Ceyhan Əsas İxrac Neft Boru Kəməri məhz Gürcüstan ərazisindən keçməklə hər il bu ölkənin büdcəsinə milyonlar daxil olur.

Transmilli layihə olan Bakı-Tiflis-Qars Dəmir Yolunun tikintisi üçün Azərbaycan Gürcüstana 1%-lə və 25 il müddətinə 200 mln. dollar məbləğində kredit ayırdı.

Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin investisiyaları hesabına Gürcüstanda bir sıra iri layihələr həyata keçirilir. Sadə gürcü xalqı da bunu görür və özlərinin etiraf etdikləri kimi – Azərbaycan və azərbaycanlılarla fəxr edirlər. Təkcə ARDNŞ Gürcüstan iqitsadiyyatına milyonlarla ABŞ dolları həcmində investisiya yatırıb.

Bu gün Azərbaycanla yanaşı, qonşu ölkələrdə yaşayan soydaşlarımıza da Təhsil Nazirliyimiz tərəfindən dərsliklər göndərilir. Bu da o deməkdir ki, Azərbaycan Gürcüstanda yaşayan azərbaycanlıların da təhsil almasında ən azı Mişa (Saakaşvili) qədər maraqlıdır. Elə bunun üçün də uşaqlarımızın oxuduqları məktəblərə dərs vəsaitləri göndəririk. Amma yenə də Gürcüstanın azərbaycanlı məktəb direktorları narazılıq edir. Niyə məhz azərbaycanlı?! Düşünürəm ki, bu bizim həm də azərbaycanlı olmağımızdan irəli gəlir. Deyirlər ki, Gürcüstandakı məktəblərin kitabxana fondunda latın qrafikalı ədəbiyyat yoxdur. Nə bilim Azərbaycandan göndərilən kitablar Gürcüstanın tədris proqramına uyğun olmadığı üşün isifadəyə yarasızdır. Onlar Azərbaycandan göndərilən dərs vəsaitlərinin əvəzinə, bu vəsaitlərə sərf olunmuş məbləğdə pulu tədris proqramına uyğun dərs vəsaitləri almaq üçün göndərməyi xahiş edirlər.

Bütün yaxırada sadalanan və sadalanmayan işləri biz gürcülər üçün edirik. Görəsən, gürcülər bizlər üçün nə edir. Gürcüstanda yaşayan 600 mindən çox soydaşımız hələ də doğru-düzgün torpaq paylarını ala bilməyiblər, onların yaşadıqları kəndlərin adı gürcüləşdirilir, hakimiyyət strukturlarında çox az sayda təmsil olunurlar, şagirdlərin təhsil aldığı orta məktəblər bərbad vəziyyətdədir və s.

Bu gün Gürcüstanda keçirilən parlament seçkilərində qalib gələn yeni hökumət bu yaxşılıqların cavabını hədələyici bəyanatlarla, azərbaycanlıların evlərinə basqınlarla verir. Gürcüstandakı azərbaycanlılara qarşı belə hücumlar, azərbaycanlıların evlərinə qarşı basqınlar mütəşəkkildir. Yeni Bidzina İvanaşvili komandası da Azərbaycana qarşı sərt bəyanatlarla çıxış edirlər. Hətta bir az irəli gedərək bizə qarşı guya “Gürcüstanın daxili işinə” qarışmayaq kimi tələblər irəli sürürlər. Guya Azərbaycan şirkətləri orada korrupsiya ilə məşğuldurlar, rəqib Saakaşvili komandasına dəstək göstəririk və s. Bir sözlə, deyirlər ki, siz bu günə kimi nə etmisiz, etməmiş olun.

İndi bizim politoloqlar təşviş içindədirlər. Təklif edirlər ki, Azərbaycan Gürcüstan siyasətinə yenidən baxsın. Amma çox gecdir dostlar. Kəmər çəkilib, dəmir yolu xətti çəkilməkdədir, yüzlərlə yanacaqdoldurma məntəqələri, Kulevi terminalı, nə bilim daha nələr tikilib qurtarıb. Bir sözlə Azərbaycanı gürcülər, onların vasitəsi ilə isə ermənilər “sağmal inək” kimi əmim…

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir