Modern.az

Nazirlik xəbərdarlıq etdi: “Yenə qar yağacaq”

Nazirlik xəbərdarlıq etdi: “Yenə qar yağacaq”

13 Noyabr 2012, 13:03

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında noyabrın 14-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağış yağacağı gözlənilir. Cənub-şərq küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 7-10, gündüz 11-14 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında sabah arabir yağış yağacağı, ayrı-ayrı rayonlarda intensiv olacağı, dağlıq ərazilərdə yağıntıların qara keçəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, gündüz arabir güclənəcək.

Havanın temperaturu gecə 7-10, gündüz 11-15, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 4-9 dərəcə isti olacağı gözlənilir.

Noyabrın 14-ü axşam və 15-i xəzri küləyinin yenidən güclənməsi gözlənilir. Havanın temperaturu iqlim normasına yaxın olacaq.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub