Modern.az

YAP “Oliqarxlar ittifaqı"nı vurdu: "Onlardan biri kəşfiyyatçıdır”

YAP “Oliqarxlar ittifaqı"nı vurdu: "Onlardan biri kəşfiyyatçıdır”

13 Noyabr 2012, 13:34

Yeni Azərbaycan Partiyasının ( YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov Moskvada azərbaycanlı oliqarxlar tərəfindən yaradılan Ümumrusiya Azərbaycan Təşkilatları Ittifaqına münasibətini açıqlayıb:

“Mən o adamları tanımıram. Tanımaq da istəmirəm. Ora yığışanlar siyasətdən uzaq olan insanlardır. Biri kəşfiyyat orqanında işləyib, digəri bizneslə məşğuldur”. Bu sözləri Siyavuş Novruzov “Oliqarxlar ittifaqı” ilə bağlı yayılan məlumatları şərh edərkən Modern.az saytına bildirib.

S.Novruzovun sözlərinə görə, “Oliqarxlar ittifaqı”nın nə məqsədi, nə də məramı məlumdur:

“Qoy birinci bunu aydınlaşdırsınlar. Bundan sonra fəaliyyətlərini davam etdirsinlər. “Oliqarxlar ittifaqı”nın Moskvada yaşayan azərbaycanlıların koordinasiyası ilə məşğul olmaq niyyəti varsa, bunu onlar Moskvada etməlidirlər. Onların Azərbaycana nə aidiyyatı var?!”.

Deputat qeyd edib ki, “Milyarderlər ittifaqı”nın yaradılması ilə guya, Azərbaycan hakimiyyətinin narahat olması barədə deyilənlər də yanlışdır.

“Azərbaycanda hakimiyyətin mənbəyi xalqdır. Ona görə də bu təşkilat kim tərəfindən yaradılırsa-yaradılsın, onların öz işidir”.

Deputat bildirib ki, bu quruma tanınmış şəxslərin toplanmasınında problem görmür.

Daha sonra Rüstəm İbrahimbəyovun son müsahibələrinə toxunan millət vəkili deyib ki, bu açıqlamalara əhəmiyyət verməyə dəyməz.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi