Modern.az

Nigeriyada silahlılar 34 nəfəri öldürdü

Nigeriyada silahlılar 34 nəfəri öldürdü

Dünya

28 Sentyabr 2021, 00:10

Nigeriyanın şimalında yerləşən Kaduna vilayətinin iki kəndində silahlı şəxslər ən az 34 nəfəri öldürüb.

 

Modern.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi yerli mənbələrə istinadən yazıb.

 

Bəzi mənbələr ölənlərin daha çox olduğunu bildirib.

 

Yerli rəsmilər bildirib ki, hadisə yerinə gedən təhlükəsizlik qüvvələri də atəşə tutulub, lakin qarşıdurma nəticəsində silahlılar geri çəkilməyə məcbur edilib.

 

Məlumata görə, hücumda şübhəli bilinən iki nəfər saxlanılıb.

 

Akif İsmayılov

Sizə yeni x var
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat