Modern.az

Norveçli diplomatlar İrandan Azərbaycana təxliyə olundu

Norveçli diplomatlar İrandan Azərbaycana təxliyə olundu

Dünya

17 Mart 2026, 10:42

“Astara” dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə İrandan xarici vətəndaşların təxliyəsi davam edir.

Modern.az xəbər verir ki, bu gün saat 00:00-dan 10:00-dək 1 Azərbaycan vətəndaşı və Norveçin 3 diplomatik nümayəndəsi sərhədi keçərək Azərbaycan ərazisinə daxil olub.

Təxliyə olunan vətəndaşlar müvafiq sənəd yoxlanışı və digər prosedurların yerinə yetirilməsindən sonra aidiyyəti qurumların nəzarəti altında sərhəd-keçid məntəqəsindən buraxılıblar.

Hazırda “Astara” dövlət sərhədindən buraxılış məntəqəsində təxliyə prosesi aidiyyəti qurumların nəzarəti altında davam etdirilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ərdoğandan Bakıya kritik mesaj - İranda müharibə hazırlığı başladı!