Modern.az

Gorus-Qafan yolunda saxlanılan iranlılar azad edilib?

Gorus-Qafan yolunda saxlanılan iranlılar azad edilib?

Aktual

13 Oktyabr 2021, 20:13

Ermənistan ərazisindən yük daşımaq məqsədi ilə qanunsuz yollarla Azərbaycan ərazisinə keçərkən saxlanılan iki iranlı sürücü azad edilib.

 

Modern.az xəbər verir ki, bu barədə İranın “Mehr” xəbər agentliyi məlumat yayıb.

 

Xatırladaq ki, onlar bir neçə həftə əvvəl Gorus-Qafan yolunun Azərbaycanın nəzarətində olan hissəsində Daxili İşlər Nazirliyinin, Dövlət Gömrük Komitəsinin və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılmışdılar.

 

Akif İsmayılov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi