Modern.az

Lalə Şövkətdən YAP-a təklif: “Gəlin, yeni təşkilat yaradaq”

Lalə Şövkətdən YAP-a təklif: “Gəlin, yeni təşkilat yaradaq”

23 Noyabr 2012, 17:23

Lalə Şövkətin lideri olduğu Liberal Partiya hakim Yeni Azərbaycan Partiyasına dəstək verməyi də vəd edib... 

Azərbaycan Liberal Partiyası (ALP) Asiyada yeni beynəlxalq təşkilatın yaradılması ilə bağlı hakim Yeni Azərbaycan Partiyasına təklif göndərib. Bu barədə Modern.az-a ALP sədri Əvəz Temirxan məlumat verib. O bildirib li, Lalə Şövkətin rəhbəliyi ilə hakim partiya rəhbərliyinə ünvanlanan müraciətdə Asiya qitəsində ATƏT-ə bənzər yeni beynəlxalq təşkilatın yaradılması təklif olunub.  ALP yeni təşkilata ASTƏT, yəni Asiyada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı adlandırmaq təklif olunub.

“Asiyada ATƏT tipli təşkilatın yaradılmasını təklif etmişik. Həmin təşkilat belə adlanır ASTƏT. Bu təklifi ilk dəfə olaraq Liberal Partiya irəli sürüb. Biz təkliflə bağlı YAP-ın rəhbərliyinə müraciət etdik ki, onu qəbul edin, həyata keçirin, Liberal Partiya da müxalif partiya olaraq sizə hərtərəfli dəstək verəcək. Bununla bağlı Asiyanın bir sıra rəsmi nümayəndələri ilə görüşmüşük. Onlar da bu təklifi bəyəndilər”, - deyə ALP sədri məlumat verib.

Ə.Temirxanın sözlərinə görə, ASTƏT-in mərkəzi ofisinin Bakıda yaradılması nəzərdə tutulub.

Anar RÜSTƏMOV

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır