Modern.az

Prezident İlham Əliyev MDB sammitinə getmədi

Prezident İlham Əliyev MDB sammitinə getmədi

5 Dekabr 2012, 11:21

Azərbaycan Prezidenti İlham Əliyev MBD-yə üzv ölkələrin Aşqabadda keçirilən zirvə toplantısına getməyib. Modern.az-ın məlumatına görə, ölkəmizi Aşqabad toplantısında Baş nazir Artur Rasizadə təmsil edəcək.

Qeyd edək ki, MDB xarici işlər nazirlərinin dünən keçirilən toplantısına xarici işlər naziri Elmar Məmmədyarov da qatılmayıb.

Aşqabadda sammit iştirakçılarının 20-dək məsələni müzakirə edəcəyi gözlənilir. Həmçinin Türkmənistanın təşəbbüsü ilə MDB-yə üzv ölkələrin hərtərəfli əməkdaşlığının inkişafı ilə bağlı bəyannamənin qəbul olunacağı bildirilir.

Toplantıda 2013-cü il üçün MDB-yə sədrlik Belarusa keçəcək.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?