Modern.az

6 yaşlı nazirlik

6 yaşlı nazirlik

19 Fevral 2010, 12:06

Fevralın 20-də Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) 6 yaşı tamam olur. RİTN Azərbaycan Prezidenti İlham Əliyevin 20 fevral 2004-cü il tarixli fərmanı ilə keçmiş Rabitə Nazirliyi əsasında yaradılıb.
Modern.az xəbər verir ki, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyininmətbuat xidməti qurumun yaranma zərurəti barədə açıqlama yayıb.
Tarixə nəzər salsaq görərik ki, Azərbaycanda rabitə sahəsində ilk nazirlik 1918-ci ildə Azərbaycan Demokratik Respublikasının təsis olunmasından sonra yaradılıb. O zaman bu struktur Poçt və Teleqraf Nazirliyi adlanırdı.
2004-cü ildə RİTN-in yaradılması informasiya texnologiyalarının sürətli inkişafı və insanların vacib ehtiyaclarının birinə çevrilməsindən irəli gəlirdi.
Ölkədə informasiya-kommunikasiya texnologiyalarının tətbiqini prioritet məsələ elan edən dövlət başçısı bu sahənin inkişafına böyük diqqət göstərir. Azərbaycan hökumətinin, xüsusən də RİTN-in uğurlu fəaliyyəti nəticəsində son illər ərzində ölkənin İKT sektoru sürətli templərlə artaraq, dünya üzrə İKT-nin artım tempini bir neçə dəfə qabaqlaya bilib.
Ölkədə kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı qəbul edilib ki, Azərbaycan orbitə özünün telekommunikasiya peykini çıxarmağı planlaşdırır.
Elə bu günlərdə Birləşmiş Millətlər Təşkilatı Azərbaycan hökuməti tərəfindən irəli sürülmüş və regionun 20-dən çox ölkəsini əhatə edəcək Trans-Avrasiya Super İnformasiya Magistralı (TASİM) təşəbbüsünə həsr olunmuş qətnamə qəbul edib.
2009-cu ildə Azərbaycanda 3G texnologiyası əsasında mobil rabitə xidmətlərinin tətbiqi başlanıb. Bu hadisə özündə Azərbaycanın telekommunikasiya bazarının keyfiyyətcə yeni mərhələyə qədəm qoymasını əks etdirir. Ölkədə hər 100 nəfərə düşən mobil telefonların sayı isə 85-dən yuxarıdır ki, bu da ümumdünya orta göstəricisindən təxminən 25% yüksəkdir.
Azərbaycanda internet istifadəçilərinin sayı da sürətlə artır. Beynəlxalq Telekommunikasiya İttifaqının standartı ilə ölçsək (bu ölçüyə həm mobil telefondan, həm də kompüterlərdən internetə çıxan istifadəçilər daxildir) bu gün əhalinin 40 faizdən çoxu internet istifadəçisidir.
İKT-nin bilavasitə infrastruktur kimi inkişafından əlavə ölkədə son illər ərzində həmçinin yeni texnologiyaların bütün sosial-iqtisadi istiqamətlərdə yüksək sürətlə tətbiqi də müşahidə olunur. İlbəil dövlət strukturları informasiya-kommunikasiya texnologiyaları üzrə imkanlarını artırır və əhaliyə öz xidmətlərinin elektron formada təqdim edirlər. Ölkədə elektron hökumətin qurulması istiqamətində intensiv işlər həyata keçirilir, bu sahədə əldə olunmuş nəticələr isə müxtəlif beynəlxalq təşkilatların hesabatlarında öz əksini tapıb. 2009-cu ildə Ümumdünya İqtisadi Forumun “Qlobal informasiya texnologiyaları” adlı hesabatında Azərbaycan müvafiq siyahıda 2008-ci illə müqayisədə 7 pillə irəliləyərək 60-cı yeri tutub və MDB ölkələri arasında lider mövqelərini daha da möhkəmləndirib.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi bəyan edib ki, öz növbəsində Azərbaycanın ümumi tərəqqisi və yaxın gələcəkdə ölkənin informasiya-kommunikasiya texnologiyaları sahəsi üzrə ən qabaqcıl dövlətlər sırasına qatılacağı məqsədi ilə əlindən gələni əsirgəməyəcək.
 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər