Modern.az

Deputatdan sensasiyalı təklif: "Zorlama cinayətini törədənlər axtalansın"

Deputatdan sensasiyalı təklif: "Zorlama cinayətini törədənlər axtalansın"

19 Fevral 2010, 13:59

Son dövrlərdə Azərbaycan ordusunda cinayət hallarının, o cümlədən odlu silahdan istifadə etməklə törədilən qətllərin, zorlama faktlarının artması ilə əlaqədar Milli Məclis qarşısında məsələ qaldırılacaq. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) mətbuat xidmətindən verilən məlumata görə, bu istiqamətdə təkliflər hazırlayan partiya sədri, millət vəkili Qüdrət Həsənquliyev konkret addımlar təklif edəcək.

 

BAXCP sədri odlu silahla törədilən qətllərin və zorlama hallarının qarşısının alınması üçün təklif edir ki, odlu silahla qətlə yetirmə cinayətlərinə görə cəzanın müddəti ən azı 30 ilədək artırılmalıdır: “Zorlama xarakterli cinayət əməlinə görə isə cəzanın yuxarı həddi 20 il müəyyənləşdirilməlidir. Eyni zamanda zorlama hərəkətlərinə görə, bir sıra Qərbi Avropa ölkələrinin təcrübəsindən istifadə olunaraq, əlavə cəza da tətbiq olunmalıdır. Yəni, zorlama cinayəti törədən şəxslər cərrahi yolla axtalanmalıdırlar". 

Tural

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi