Modern.az

Baş Prokurorluq korrupsiya cinayətlərinin sayını açıqladı

Baş Prokurorluq korrupsiya cinayətlərinin sayını açıqladı

Ölkə

19 Fevral 2010, 14:39

Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən 2009-cu il ərzində mütəşəkkil cinayətkarlığın korrupsiya kimi təhlükəli təzahürünə qarşı mübarizə sahəsində bir sıra səmərəli tədbirlər həyata keçirilib. Modern.az-ın məlumatına görə, bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən bildirlib.

Korrupsiyaya qarşı mübarizə, vəzifəli şəxslərin səlahiyyətlərindən sui-istifadə hallarının qarşısının alınması, dövlətimizin həmişə diqqət mərkəzində olmaqla bu sahədə ardıcıl və sistemli tədbirlər həyata keçirilməkdədir.

Baş Prokurorluqdan bildirilib ki, dövlət orqanları korrupsiyaya qarşı mübarizə tədbirlərinin həyata keçirilməsi zamanı müvafiq daxili təhlükəsizlik qurumları vasitəsilə aşkar edilmiş cinayət əlamətləri olan korrupsiya hüququpozmaları və idarədaxili audit materiallarını hüquqi qiymət verilməsi üçün prokurorluğa göndərilməsini təmin ediblər.

Eyni zamanda “Azərbaycan Respublikası Prezidentinin 22 iyun 2009-cu il tarixli “Dövlət və bələdiyyə əmlakının və vəsaitlərinin idarə olunması sahəsində korrupsiya ilə əlaqədar hüquqpozmalara qarşı mübarizənin gücləndirilməsi haqqında” Fərmanında prokurorluğa ünvanlanmış tövsiyələrdən irəli gələn vəzifələrin icrasına dair”, habelə “Korrupsiyaya qarşı mübarizə sahəsində əməliyyat-axtarış tədbirlərinə prokuror nəzarətinin həyata keçirilməsi haqqında” Baş Prokurorluq üzrə əmrlərin Korrupsiyaya qarşı mübarizə idarəsində araşdırılmış cinayət xarakterli materialların və cinayət işlərinin sayının nəzərəçarpacaq dərəcədə artmasına müsbət təsiri olub.

Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi ilə əlaqədar həyata keçirilmiş tədbirlərin səmərəliliyinin göstəricisi kimi Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsi tərəfindən 2009-cu ildə 176 şəxs barəsində 103 cinayət işinin (2008-ci ildə 121 şəxs barəsində 70 cinayət işinin) istintaqı tamamlanaraq baxılması üçün məhkəməyə göndərilib.   Baş Prokurorluq məhkəməyə göndərilmiş cinayət işləri ilə yanaşı vətəndaşlar tərəfindən idarəyə ünvanlanmış müraciətlərin də sayının əhəmiyyətli şəkildə artması korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə istiqamətlənmiş tədbirlərn bariz nümunəsi hesab edir.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır