Modern.az

“Reanimasiyaya düşən koronaviruslu xəstələrin qohumları qorxmasınlar” - RƏSMİ

“Reanimasiyaya düşən koronaviruslu xəstələrin qohumları qorxmasınlar” - RƏSMİ

15 Dekabr 2021, 15:40

“Reanimasiyada hər bir xəstə həkim nəzarətindədir. Heç kim orada nəzarətsiz qalmır. Koronavirus xəstələri qorxuya düşməsinlər”.

Modern.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, reanimatoloq İsrail Məhərrəmbəyli deyib.

Onun sözlərinə görə, reanimasiyaya düşən xəstələrin yaxınlarında çox vaxt qorxu-təşviş yaranır:

“Hər bir xəstəni reanimasiyaya yerləşdirmək olur. Bunun üçün mütləq şəkildə göstərişlər olmalıdır. Reanimasiyaya yerləşdirilən xəstələrin çoxunun huşu özündə olur”.

İ.Məmmədov qeyd edib ki, hətta bəzən həkimlərin konsultasiyası pasiyentlərin yanında keçirilir:

“Reanimasiyada geniş həcmli müşahidə olur. Adekvat monitorinq müşahidə aparılır. Həkimlər daim onların yanında olur. İnsanlar hesab etməsin ki, yaxınları orada diqqətdən kənarda qala bilər”.

 

 

Sizə yeni x var
Keçid et
Gürcüstanda ARA QARIŞDI - Minlərlə insan küçələrə axışdı