Modern.az

Rusiyada iki türk jurnalist saxlanıldı

Rusiyada iki türk jurnalist saxlanıldı

Aktual

22 Dekabr 2021, 08:50

Sənədli film çəkilişləri üçün Rusiyaya gedən iki türkiyəli jurnalist saxlanılıb.

Modern.az xarici KİV-ə istinadən bildirir ki, sosial media platforması olan GZT redaktorları Nazgül Kenzhetay və Emin Karaçak Rusiyanın Xakasiya Respublikasında saxlanılıblar.

Onlar türklərin həyatından bəhs edən sənədli film üçün çəkilişlər edikdən sonra qaldıqları otelin qarşısında saxlanılıblar. Türkiyəli jurnalistlərin əşyaları müsadirə edilib.

Jurnalistlərin lentə aldıqları bütün materiallar silinərək, casusluqda ittiham olunublar. Xakasiyanın paytaxtı Abakandakı köçürülmə mərkəzinə gətirilərək ayrı-ayrı kameralara salınan jurnalistlər 10 günlük həbs müddəti bitdiksən sonra deportasiya ediləcəklər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat