Modern.az

Duz satışı yoxlanılır, yenə zay mallar var

Duz satışı yoxlanılır, yenə zay mallar var

22 Fevral 2010, 14:25

Modern.az xəbər verir ki, istehlak bazarını normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan duzdan qorumaq məqsədilə İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən satışda olan duzların keyfiyyət və təhlükəsizliyinin laborator müayinəsi başlanıb.

Aparılmış laborator müayinələr nəticəsində Binəqədi rayonu, Novxanı yolu, 7-ci kilometr ünvanında fəaliyyət göstərən “Hikmət” MMC-də istehsal edilmiş və kağız qutulara qablaşdırılmış 1-ci növ xörək duzunun tərkibində yodun miqdarının normadan az, “Ekstra” xörək duzunun tərkibində isə yodun miqdarının normadan çox olduğu müəyyən edilib.
Bununla əlaqədar, “Hikmət” MMC-də duz istehsalının qanunauyğunluğu ilə bağlı yoxlamaya başlanıb və müəssisənin anbarında olan 1-ci növ xörək duzundan və “Ekstra” xörək duzundan nümunə götürülərək laborator müayinəyə göndərilib.
Müəssisənin anbarından götürülmüş nümunələrin laborator müayinəsi zamanı da 1-ci növ xörək duzunun tərkibində yodun miqdarının normadan az, “Ekstra” xörək duzunun tərkibində isə yodun miqdarının normadan çox olduğu təsdiqlənib. 
Bununla əlaqədar, Dövlət Xidməti tərəfindən normativ-texniki sənədlərin tələblərinə cavab verməyən duzların satışının dayandırılması və ticarət şəbəkəsindən geri qaytarılması barədə “Hikmət” MMC-yə icrası məcburi göstəriş verilib.
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlakçılara insanların sağlamlığında xüsusi əhəmiyyət kəsb edən xörək duzu alarkən diqqətli olmağı və “Hikmət” MMC-nin istehsalı olan duzları almamağı tövsiyə edir.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir