Modern.az

Misir Mərdanovdan rektorlara xəbərdarlıq: "Hər bir neqativ hala görə məsuliyyət daşıyırsınız"

Misir Mərdanovdan rektorlara xəbərdarlıq: "Hər bir neqativ hala görə məsuliyyət daşıyırsınız"

Ölkə

22 Dekabr 2012, 12:48

Təhsil naziri ali məktəblərdə keçiriləcək imtahanlarla bağlı əmr verdi

Təhsil naziri Misir Mərdanov ali və orta ixtisas təhsili müəssisələrində 2013-cü  ilinin qış imtahan sessiyasını mövcud qaydalara uyğun təşkil etmək, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı və obyektivliyi təmin etmək və yarana biləcək neqativ halları aradan qaldırmaq məqsədilə əmr imzalayıb.
Təhsil nazirliyindən Modern.az saytına bildirilib ki, bu əmrlə ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərlərinə tapşırılıb ki, imtahan sessiyasının mövcud normativ sənədlər əsasında təşkil olunmasını təmin etsinlər. Rektorlar rəhbərlik etdikləri təhsil müəssisələrində imtahan qərargahı və "Qaynar xətt" xidməti yaratmalı, daxil olan hər bir şikayət barədə nazirliyin "Qaynar xətt" xidmətinə (tel.: (012) 146, e-mail: [email protected]) operativ məlumat verilməsini, imtahan sessiyasında şəffaflığı və ictimai nəzarətin gücləndirilməsini təmin etməlidirlər.

Bundan başqa, rektorlar imtahanların təşkilində və gedişində nöqsanlara, neqativ hallara yol vermiş şəxslərə qarşı mövcud qanunvericiliyə uyğun tədbirlər görməlidirlər.
«Nəzərə alsınlar ki, rəhbərlik etdikləri təhsil müəssisəsində baş verə biləcək hər bir neqativ hala görə məsuliyyət daşıyırlar »-deyə nazirin əmrində bildirilib.

Rektorlar imtahan sessiyasının təşkili, keçirilməsi və nəticələri barədə sessiya bitdikdən sonra 15 gün müddətinə Təhsil Nazirliyinə yekun hesabat verməlidirlər.

Təhsil Nazirliyinin Aparatının rəhbəri İlham Pirməmmədov, Ali və orta ixtisas təhsili şöbəsinin müdiri İlham Mustafayevə isə tapşırılıb ki, nazirlik əməkdaşlarının, nazirliyin Korrupsiyaya qarşı mübarizə üzrə işçi qrupuna daxil olan QHT və ictimaiyyət nümayəndələrinin iştirakı ilə təhsil müəssisələrində imtahan sessiyasının monitorinqinin keçirilməsini təmin etsinlər. Eyni zamanda  imtahan sessiyası zamanı korrupsiya hallarının müəyyənləşdirilməsi üçün tələbələr arasında anket sorğularını təşkil edilməli, sessiya müddətində təhsil müəssisələrində baş vermiş neqativ hallarla bağlı daxil olan məlumatları operativ araşdırılmalı və onların yol verilməsində günahı olan şəxslər barədə tədbir görmək üçün təkliflər hazırlanmalıdır.

Qeyd edək ki, qış imtahan sessiyası yanvar ayı ərzində keçiriləcək...

A.Qorxmaz

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir