Modern.az

Məşhur aktrisa öldü

Məşhur aktrisa öldü

12 Fevral 2022, 10:43

Koronavirus infeksiyasına yoluxma diaqnozu ilə xəstəxanaya yerləşdirilmiş Mixail Şoloxovun “Sakit Don” və “İnsan taleyi” kimi məşhur filmlərdən tanıdığımız Rusiyanın xalq artisti Zinaida Kiriyenko vəfat edib.

Modern.az xəbər verir ki, 88 yaşlı aktrisanın ölümü haqda Rusiya Federasiyası Kinematoqrafçılar İttifaqının nümayəndəsi bildirib.

Aktrisa ötən gecə dünyasını dəyişib.

Zinaida Kiriyenko 1933-cü il iyulun 9-da Mahaçqalada anadan olub. 1958-ci ildə Sergey Gerasimov və Tamara Makarovadan təhsil aldığı VGİK-i bitirib. Zinaida Kiriyenko Lyudmila Qurçenko və Natalya Fateeva ilə sinif yoldaşı olub.

Kiriyenko 30-dan çox film və serialda rol alıb. Tamaşaçılar onun Sergey Gerasimovun "Sakit Don" filmindəki Nataşa rolunu xüsusilə xatırlayırlar. Kiriyenkonun məşhur rolları arasında  “İnsanın taleyi”ndəki İrina, “Kazaklar”dakı Maryana, Yevgeni Matveyevin “Yer sevgisi” və “Tale” filmlərindəki Efrosinya Deryugina da var.

Kiriyenko müğənni kimi solo konsertlər də verib.

1965-ci ildə aktrisa əməkdar artisti, 1977-ci ildə sovet kinosu sahəsindəki xidmətlərinə görə xalq artisti adını alıb. 1979-cu ildə SSRİ Dövlət Mükafatına layiq görülüb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Moskva və vilayətlərə hücum oldu: Dəhşətli partlayışlar var